Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Koronavirus dünyada 154 mindən çox can alıb - Son statistika

Koronavirus dünyada 154 mindən çox can alıb - Son statistika
Bu günədək dünyada 2 milyon 251 min 768 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 154 min 295 xəstə ölüb, 574 min 383 nəfər sağalıb.
Yenixeber.org: Worldometers.info xəbər verir ki, yerdə qalan 1 milyon 523 min 90 nəfərdən 1 milyon 465 min 957-nin vəziyyəti qənaətbəxş hesab olunur. 57 min 133 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Koronavirusa dünyanın 210 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 710 min 272 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 37 min 175 nəfəri ölüb. Son 12 saat ərzində 537 yeni yoluxma, 21 ölüm qeydə alınıb.

İkinci yerdə gələn İspaniyada 190 min 839 yoluxma baş verib. Xəstələrdən 20 min 2 nəfəri vəfat edib.

Üçüncü yerdə İtaliyadır. Bu ölkədə 172 min 434 nəfər virusa yoluxub. Onlardan 22 min 745 nəfəri dünyasını dəyişib. Yeni yoluxma və ölümə rast gəlinməyib.

Dördüncü yerdə qərarlaşan Fransada 147 min 969 nəfər koronavirusa yoluxub, 18 min 681 nəfər ölüb.

Siyahıda beşinci sırada olan Almaniyada isə 141 min 397 nəfər virusa yoluxub, onlardan 4 min 352 nəfəri ölüb.

Altıncı sırada yer alan İngiltərədə 108 min 692 nəfər virusa yoluxub, 14 min 576 nəfər dünyasını dəyişib.

Yeddinci sırada Çin gəlir. Çində 82 min 719 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 4 min 632 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 27 nəfər olub. Hesabat saatında dünyasını dəyişən olmayıb.

Səkkizinci sırada yer alan İranda 79 min 494 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 4 min 958 nəfər ölüb.

Türkiyə 78 min 546 nəfər koronavirusa yoluxma ilə doqquzuncu pillədədir. Bu ölkədə 1769 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda onuncu yerə çıxan Belçikada 36 min 138 nəfər koronavirusa yoluxub. 3 min 903 daşıyıcı dünyasını dəyişib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam