Deputat Milli Məclis Sədrini maska taxmağa çağırdı

Milli Məclisin Sədri və müavinləri tibbi maskalar taxmalıdırlar.
Yenixeber.org: Məlumata görə, bunu millət vəkili Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Dünyanın bir çox ölkələrində yüksək vəzifə tutan şəxslər koronavirusdan qorunmaq üçün maskalar taxırlar",-deyə deputat vurğulayıb.