Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün Milli Məclis ilk iclasa toplanır

 

 Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.
 Yenixeber.org: Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir. Nizamnamənin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparmalıdır.

VI çağırış parlamentin ən yaşlı deputatı Fəttah Heydərovdur. Onun 82 yaşı var. Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və parlamentin sədri seçilənədək birinci iclası aparacaq.

İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələri təqdim edəcək.

Bundan başqa, iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək.

Qeyd edək ki, ötən həftə Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr üzrə təkrar seçki keçiriləcək. Parlamentin yeni tərkibdə keçiriləcək ilk iclasında 121 deputat iştirak edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam