Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Lamiyə mövzusu parlamentin gündəmində

 

Bu gün Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev ölkədə xüsusilə də gənc qızların hesabına genişlənən narkomaniya ilə bağlı tədbirlər görməyə çağırıb. 
"Xeberinfo.com": Məlumata görə, o, deyib ki, bu gün həbsxanada yatan məhbusların təqribən 30 faizi narkomanlardır: “Narkomaniya həm də xəstəlikdir. Həbsxana narkomanların müalicə yeri deyil və xəstələrin həbsxanalara doldurulmasının yeri yoxdur. İndi məktəbliləri, universitet tələbələrini, xüsusilə də qızları narkomanlığa cəlb edirlər”. 
Deputat onu da vurğulayıb ki, oğurluğun, qətllərin sayının artmasının da əsas səbəbi narkotik tələbatdır. Bu mənada, o, böyük bir bəla olan narkomaniyaya qarşı mübarizə aparmaq üçün qanunvericiliyə də yenidən baxılmasını zəruri sayıb. 
Millət vəkili deyib ki, dövlətin böyük xərcləri hesabına narkomanları kütləvi şəkildə həbsxanalara doldurmağa ehtiyac yoxdur, müəyyən miqdarda narkotik maddə əldə edən şəxslərin müalicə almasına nail olmaq lazımdır.
 
Deputat Fərəc Quliyev Milli Məclisin ehtiyat fondunun yaradılmasını təklif edib: “Milli Məclis bu məsələdə təvazökarlıq edir, amma hökumət də sui-istifadəyə yol verir”. 
Millət vəkili Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda güzəştli qaydada təhsil alması üçün kvotanın ayrılmasını da zəruri hesab edib.
Deputat İqbal Ağazadə 2015-ci ilin parlament seçkiləri ərəfəsində Seçki Məcəlləsinə mümkün dəyişikliklərin olunmasını təklif edib: “Milli Məclis qanunda hökmən dəyişikliklər etməlidir. Ilk növbədə girov qoymaqla qeydə alınma məsələsi bərpa olunmalıdır. Həmçinin seçki komissiyalarının formalaşmasında ədalət prinsipinin gözlənilməsinə nail olunmalıdır. Biz komissiyada təmsil olunuruq, əksər rayonlarda bizə yer verilməyib, adını da qoyurlar ki, bu, səsvermə ilə olub”. 
İ.Ağazadə 14 saylı cəzaçəkmə müəssisədə bir vətəndaşın döyülərək, öldürülməsi ilə bağlı hər kəsin susduğunu deyib. Ondan sonra həbsxanalardan gələn xəbərlərin daha dəhşətli olduğunu vurğulayıb.
 
Deputat daha sonra Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun ölümündə günahlandırılan Lamiyə Quliyevanın 10 illik cəzasının üstünə daha 5,6 illik cəzanın verilməsini də “dəhşətli addım” adlandırıb: “Daha dəhşətlisi odur ki, həbsxanada həmin qadına ərizə yazdırırlar ki, öz xoşu ilə uşaq doğduğunu desin. Bu gün onun içəridən videosunu yaydırırlar ki, “öz xoşumla uşaq dünyaya gətirmişəm. Kimin cinayətini pərdələyirlər? Ora dövlətin nəzarətində olan yerdir. Buna görə kim cəzalandırılmalıdır?” 
İ.Ağazadə həmin qətldə günahlandırılanların bütün yaxın ətrafına qarşı basqıları sadalayıb: “Bu, nə qisasçılıq əməliyyatıdır? Yoxsa, feodal dövrünə qayıdırıq?” 
Deputat daha sonra deyib ki, hökumətin hesabatına qədər penitensiar sistem bu məsələyə aydınlıq gətirməlidir. İ.Ağazadə xanım deputatlara müraciət edərək, həmin xanımın hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara təsir etməyə çağırıb: “Bir məsələ var ki, məhkəmə Azərbaycan vətəndaşının güvənmədiyi, ədalət gözlmədiyi yerdir”.
Müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam