Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Həbs cəzasından azad ediləcək narkomanların müalicə qaydaları açıqlanıb

 

narkotikAzərbaycanda narkomaniya xəstəliyinə görə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qaydaları açıqlanıb.

Yenixeber.org:  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət-Prosessual Məcəlləyə yeni LİV-I Fəslin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatın xüsusiyyətləri) əlavə edilməsi müzakirə olunub.

Fəsildə göstərilən maddələrə əsasən Cinayət Məcəlləsinin 234.1 maddəsində (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş və bu xəstəliklə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu məcəllənin yeni əlavə edilən Fəslində nəzərdə tutulan maddələrlə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla aparılır.

Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılır. Qeyd olunan icraatın aparılmasında icraatı aparan şəxs, müdafiəçi və qanuni nümayəndə iştirak edir. Fəsildə bununla bağlı digər hallar müvafiq müddəalar üzrə açıqlanır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam