Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

XİN rəhbəri -Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirdi

XİN rəhbəri Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirdi
Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır.
Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yerli jurnalistlərə müsahibəsində deyib.

Nazir xatırladıb ki, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir: “Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış 166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir.

Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır.

Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam