Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gürcüstan XİN: "Danışıqların növbəti mərhələsi iyul-avqust aylarında keçiriləcək"

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının dəqiq tarixi hələ məlum deyil”.

Yenixeber.org:  Bunu  Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu görüşün mümkün qədər tez keçirilməsinin tərəfdarıdır: “Hazırda texniki işlər, ekspertlərin görüşü və digər prosedurlar razılaşdırılır. Ekspertlərin sərhədin razılaşdırılmamış sahələrinə birgə baxışı tezliklə baş tutacaq. Bu görüş adi işgüzar təcrübədir. Sərhədlə bağlı danışıqlarda uzun müddətli fasilə olduğundan məlumatların yenilənməsinə ehtiyac var. Ekspertlərin görüşünün bazasında komissiyanın Tbilisidə keçiriləcək növbəti iclasına hazırlıq işlərinə başlanılacaq”.

L.Darsalia ekspertlərin birgə baxışı və komissiyanın növbəti iclasının iyul-avqust aylarına təsadüf edəcəyini qeyd edib.

Komissiya həmsədri sərhədlə bağlı danışıqların konstruktiv mühitdə aparıldığını deyib: “Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaş ölkələrdir. Danışıqlar da məhz bu münasibətlərə uyğun atmosferdə keçir. Bizim ümumi maraqlarımız ondan ibarətdir ki, açıq məsələlər qalmasın. Azərbaycan-Gürcüstan münasibətlərində heç bir problem yoxdur və ola da bilməz, iki ölkə arasında yalnız işgüzar mühitdə həll oluna biləcək müəyyən məsələlər var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam