Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Almaniyada 31 avroya satılan nişanı-BNA 1840 manata alıb

Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.

 

Yenixeber.org: Əməkdaşlarımız məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.

Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır. 

Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam