Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mağazalarda yol nişanları satılır:Bu düzgündürmü?

Mağazalarda yol nişanları satılır:

 

Bakıda bir neçə mağaza var ki, burada ancaq yol hərəkəti ilə bağlı nişanlar satırlar. İstənilən şəxsdə bura daxil olub bu nişanlardan ala bilir. Bəs qanun belə nişanların satışına icazə verirmi? 

Yenixeber.org-un Xəzər TV-yə istinadən məlumatına görə, bu nişanlar daha çox xaricdən, əsasən də Türkiyədən gətirilir.

Satıcıların sözlərinə görə, nişanlara tələbat var. Nişanları həm yol infrastrukturunda fəaliyyət göstərən tikinti şirkətləri, həm də adi vətəndaşlar alır.

Vətəndaşlar daha çox şlaqbaum və təhlükəsizlik nişanları alırlar. Onlar əsasən bu nişanları yaşayış binalarının həyətlərində və bağ evlərinin qarşısında quraşdırmaq üçün alırlar.

Satıcılar deyir ki, yol hərəkəti ilə bağlı olan nişanlar hər kəsə satılmır. Bunun üçün yalnız, dövlət yol polisinin icazəsi olmalıdır.

Qiymətlərə gəldikdə isə, şlaqbaumlar 3 min manata, təhlükəsizlik məqsədi ilə quraşdırılan nişanlar isə 40 -250 manat arasında satılır.

Baş dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, istənilən şəxs bu cür mağazalardan nişanlar və digər əşyalar ala bilər. Yəni, bu qanunla qadağan deyil. Yalnız yollara yol polisinin icazəsi əsasında nişanlar quraşdırıla bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam