Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Müdafiə naziri yeni inzibati binaların açılışında - -VİDEO

Müdafiə naziri yeni inzibati binaların açılışında - FOTOLAR+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 28-də hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılış mərasimi keçirilib.



Mərkəzin fəaliyyəti barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim edilib. Məruzə olunub ki, mərkəz müasir və yüksək texnologiyalı simulyator qurğuları quraşdırılmış sinif, bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.



Bildirilib ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətin bilik və bacarıqlarının lazımi səviyyədə saxlanılmasına, tapşırıqlarının real döyüş şəraitinə uyğun, vaxtında və dəqiq yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Təlimatçılar tərəfindən hər bir öyrədilənin ixtisasına uyğun olaraq şərti tapşırıqlar qoyulur, onların tapşırığı yerinə yetirməsi prosesi elektron xəritələrdə izlənilir və qiymətləndirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam