Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Cəbhəboyu zonada yeni mühəndis təyinatlı hərbi obyektlər istifadəyə verilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub.

Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda Nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam