Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yanvarda - şaxtalı günlərin sayı az olacaq

Azərbaycanda yanvar ayında da müsbət anomaliya üstünlük təşkil edəcək, şaxtalı günlərin sayının, yağıntıların normadan az olacağı gözlənilir.

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Departament direktoru qeyd edib ki, yanvar ayında Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur: "Çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 г.-1,10С 1969г. - 0,40С 1972 г.-2,30С 1977 г.-1,20С) ortaminimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınmışdır (-1,4). Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, yanvar ayında bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam