Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu il qış şaxtalı olacaq?-Açıqlama

 

"Artıq daha lokal ərazilərin hava proqnozları veriləcək".

Yenixeber.org: "2019-cu ildən etibarən ölkəyə doppler radar sistemləri gətiriləcək ki, bu da proqnozların dəqiq olmasına şərait yaradacaq. Artıq daha lokal ərazilərin hava proqnozları veriləcək".

Bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında deyib. O bildirib ki, yeni ildən saytda da yeniliklərin tətbiq olunması planlaşdırılır. Daha sonra iqlim dəyişkənliyindən bəhs edən U. Tağıyeva soyuq günlərin sayının azaldığını, isti günlərin sayının isə artmaqda olduğunu vurğulayıb:

"Azərbaycanda çox illik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb. Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir ili 2002-ci ilin hesabına olub, 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Və həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında umumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır.

Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil.

Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib.

İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq.

Belə ki, dekabrın 16-da göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək ayın 17-də 4-6 dərəcə təşkil edəcək. Uçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur.
Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır.

Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam