Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir - AÇIQLAMA

 

İyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust üçün səciyyəvidir.

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir:

“Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir. Keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edib. Bu ilin iyun ayında isə keçən illə müqayisədə, temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur.

Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq. Yüksək temperatur qonşu ölkələrdə də müşahidə edilir. İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkənin yerləşdiyi regionda temperaturun yüksəlməsinə səbəb olub”.

Umayra Tağıyeva qeyd edib ki, həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40-dən yüksək olacağı da gözlənilir.

“Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anomal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Bu da insanların vaxtından əvvəl çimərliklərə üz tutmasına səbəb olur.

Ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq”, - deyə direktor qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam