Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

“Obama Azərbaycanı ABŞ-dan şübhələnməyə vadar etdi”

 

ABŞ Prezidenti öz ölkəsinin vətəndaşları arasında etibarını itirdikdə, bu, bir qayda olaraq, yeni prezidentin gəlişi ilə bərpa olunur. Lakin beynəlxalq miqyasda itirilmiş nüfuz və etibarın bərpası on illərlə zaman tələb edə bilər.

"Xeberinfo.com":  Trend-ə istinadən xəbərə görə, Pentaqonun Yaxın Şərq üzrə sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin belə hesab edir. Rubin çərşənbə axşamı Trend-ə deyib: “Təəssüf ki, məhz Obamanın Rusiyaya laqeyd münasibəti öz növbəsində bu ölkəni cəsarətləndirdi və ABŞ-ın Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə başladılar”.
Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının bərpası olacaq: “ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi “müvəkkil şəxsləri”nin təhdid və təcavüzlərindən müdafiə edirik”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam