Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-dan Qarabağ açıqlaması

 

“Dağlıq Qarabağ münaqişəsində tərəflər problemin sülh yolu ilə həll olunmasına sadiq olduqlarını təsdiqləməlidirlər”. 
"Xeberinfo.com":   Məlumata görə, azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional məsələlər üzrə müşavirinin köməkçisi Erik Rubin Brukinqs İnstitutunda çıxışı zamanı bildirib. 

Rubin vurğulayıb ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında başqa alternativ yol yoxdur. 

“Biz bu məsələnin ədalətli, uzunmüddətli, qarşılıqlı sərfəli həllini nəzərdən keçiririk. Hamı məsələni məhz bu mövqedən nəzərdən keçirməlidir. Çünki problemin digər, daha yaxşı həll yolu yoxdur. Yerdə qalan digər alternativlər isə o qədər dəhşətlidir ki, onları hətta nəzərdən keçirmək belə lazım deyil”, - deyə Erik Rubin vurğulayıb. 

Amerikalı diplomat əlavə edib ki, ABŞ münaqişə tərəflərinin sülh danışıqlarına sadiq olduqlarını nümayiş etdirməlidir.

“Biz ümid edirik ki, hər iki tərəf münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyəcəklər. Bu, asan deyil. Razılaşmanın əldə olunması üçün tərəflər bir sıra məsələlər üzrə çətin seçim etməlidilər. Məhz buna görə münaqişə öz həllini tapmayıb”.

Rubinin sözlərinə görə, ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədrləri Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hər cür dəstək göstərməyə davam edəcək. 

Həmsədr ölkələrin səyləri olduqca vacibdir: “Biz birmənalı olaraq bəyan edirik ki, hər iki tərəf vəziyyəti kəskinləşdirməmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Bu, gərgin və təhlükəli vaxtda cəbhədə insidentlərdən çəkinmək kritik dərəcədə əhəmiyyətlidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam