Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika analitiki ölkəmizdən yazdı

 

Amerikanın “The Daily Caller” qəzeti Vaşinqtonda Yaxın Şərq İnstitutunun baş analitiki Aleks Vatankanın “Eşton Karterin Qafqaz regionu üzrə əsas vəzifəsi Vaşinqtonun Azərbaycana dəstəyini və sadiqliyini təsdiq etməkdir” sərlövhəli məqaləsini dərc edib. 

 

"Xeberinfo.com":  Məlumata görə, müəllif yazır ki, ABŞ-ın yeni müdafiə naziri Eşton Karter vəzifəsinə ölkənin qlobal səviyyədə sınandığı çətin vaxtlarda başlayır. Dünyadakı münaqişələri nizamlamaq üçün Pentaqonun qarşısında bir çox vəzifələr durur. Vatanka yazır ki, qeyri-qlobal konfliktlər arasında indiyədək etinasızlıq göstərilən Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsi də var. Karterə Azərbaycanla - 1991-ci ildən dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın strateji və sadiq tərəfdaşı olan ölkə ilə münasibətləri yaxşılaşdırmaq lazım gələcək.

Müəllif daha sonra yazır ki, ABŞ regionda Azərbaycanın mühümlüyünə və onun Amerika təşəbbüslərinə töhfəsinə uzun müddət etinasızlıq göstərib. Lakin Azərbaycan öz siyasi kursunu hətta Obama administrasiyasının Azərbaycana biganə münasibəti dövründə belə cəsarətlə davam etdirib. Belə münasibət Karterin sələfi Çak Heyqelin Gürcüstan və Türkiyəyə səfəri zamanı Bakıya baş çəkmək qərarını verəndə də nəzərə çarpdı.

Vatanka qeyd edir ki, Senatda ABŞ-ın Azərbaycanda səfirinin namizədliyi üzrə dinləmələr zamanı artıq namizədliyi təsdiqlənmiş Robert Çekua deyib: “Azərbaycan dünyada sülhün və stabilliyin bərqərar edilməsində əsas oyunçulardandır”. Müəllif qeyd edir ki, Vaşinqtona tərəflərə qarşılıqlı fayda verəcək siyasət işləyib hazırlamaq lazım gələcək. Eşton Karterin Bakıya səfəri Azərbaycan ilə münasibətləri yoluna qoya bilər. Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev 2013-cü ilin avqust ayında Vaşinqtonda səfərdə olanda Çak Heyql Azərbaycan kontingentinin göndərilməsinə və Əfqanıstanda göstərdiyi bütün səylərə görə rəsmi Bakıya təşəkkür etmişdi. 2001-ci ildən etibarən Amerika missiyasının Əfqanıstanda yerüstü, hava və dəniz qüvvələrinə loqistik dəstəyində Azərbaycan əsas rol oynayır.

Vatanka qeyd edir ki, keçən il Bakı, hətta Amerika ordusu çıxarılsa belə, Azərbaycan hərbçilərinin Əfqanıstanda qalacağını təsdiqləyib. “Azərbaycan səkkiz ölkədən biridir ki, Amerika ordusunun Əfqanıstanda missiyası başa çatdıqdan sonra belə orada hərbi iştiraka sadiqliyini göstərir. Bu faktı Əfqanıstan Prezidenti Əşrəf Qəni Bakıya rəsmi səfəri zamanı səmimiyyətlə qeyd edib”.

Məqalə müəllifi yazır ki, ABŞ-ın yeni müdafiə naziri Azərbaycanı sadiqliyinə və töhfəsinə görə qiymətləndirməlidir, çünki hər ölkənin öz maraqlarını həyata keçirmək hüququ var. Vatanka vurğulayır ki, Vaşinqtonun Azərbaycana etinasızlığı bu ölkəni özünün Vaşinqtona sadiqliyinə yenidən baxmağa məcbur edə bilər. Analitik sonda yazır ki, öz tərəfindən etibarlılığını sübut etmiş mühüm tərəfdaşına Vaşinqtonun sadiqliyini təsdiq etməsi baxımından vacib postda əyləşən Eşton Karterdən çox şey asılı olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam