Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? -FOTOLAR+VİDEO

media-xank

“Planet Construction” MMC-nin Xankəndi şəhər stadionunun tikintisində çalışan fəhlələrin pulunu vermədiyini və buna görə işlərin dayandığı bildirilir

Yenixeber.org: İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak edən şirkətlərlə bağlı son illər şikayətlər artmaqdadır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Xankəndi şəhər stadionunun tikintisində iştirak edən fəhlələrin pulları bir neçə aya yaxındır verilmir.  İşçilərin əmək haqqlarının verilməməsinə görə şəhər stadionun tikintisi hələki yarımçıq qalıb.

media-944
Bildirək ki, Xankəndi şəhər stadionununu təmiri üçün Gənclər və İdman Nazirliyi ilə “Planet Construction” MMC (VÖEN: 1005274361) şirkəti arasında 2025-cü ildə 9 milyon 918 674 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Planet Construction” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 4, m. 5-dir.

media-81

Məlumatlarda bildirilib ki, işlərə iyulun 18 -də start verilib və sentyabrın 10-da yekunlaşdırılması planlaşdırılır.

Lakin görüntülərdən məlum olur ki, deyilən tarixədək görülən işlərin yükunlaşması inandırıcı görünmür.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı şirkətdən açıqlama almaq mümkün olmadı.(xalq.online)

Qurumlarında fikirlərini dərc etməy hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam