Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Klinton Qarabağla bağlı məsələlərlə çox maraqlanırdı”

 

“ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Vaşinqtonda Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyirlər.” 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza Hillari Klintonun yeni prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Cənubi Qafqazda siyasətinin dəyişib-dəyişməməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın işləməyə davam etməli olduğu dost və tərəfdaş ölkədir: “ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üzrə siyasətinin dəyişəcəyini düşünmürəm. Növbəti prezidentin kimin seçiləcəyindən asılı olmayaraq, ABŞ-ın Azərbaycana yanaşması energetika, təhlükəsizlik və islahatlar sahəsində ümumi maraqlara əsaslanıb. İstənilən halda prezident Azərbaycanın simasında ABŞ üçün vacib ölkə görəcək”.
H.Klintonun prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi məsələsində siyasətinin dəyişəcəyinə gəlincə, ekspert qeyd edib ki, o, region və onun problemləri ilə yaxşı tanışdır: “Hillari Klinton ABŞ-ın dövlət katibi olanda mən ATƏT-in Minsk qrupunun həmsədri idim və o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərlə çox maraqlanırdı. Klintonun dəfələrlə regiona səfər etdiyi məlumdur. Onun prezident seçiləcəyi təqdirdə, münaqişənin nizamlanması ilə bağlı konkret hansı addımlar atacağını indidən deyə bilmərəm, lakin qeyd edə bilərəm ki, Klinton güclü analitik zəkaya malikdir, məsələlərlə yaxşı tanışdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam