Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“Bir saziş 40 illik ədavəti aradan qaldıra bilməz”

 

ABŞ və İran arasında hələ də bir çox anlaşılmazlıqlar mövcuddur və bir saziş belə 40 illik anlaşılmazlığı və iki ölkə arasında ədavəti aradan qaldıra bilməz. 

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
O deyib: “Lakin ümid edirəm ki, indi Vaşinqton və Tehran daha isti və dost münasibətləri qura bilərlər. İlk növbədə, saziş ABŞ Konqresi tərəfindən təsdiq edilməlidir. Biz bilirik ki, sərt siyasi dialoq olacaq, lakin ümid edirik ki, saziş hər halda təsdiq ediləcək. Prezident Obama ümid edir ki, iki ölkə arasında münasibətlərdə yeni ab-hava formalaşacaq və İran tərəfi ABŞ-la münasibətlərdə yeni mərhələyə başlamaqla bağlı bəyanatlarında səmimidir”.
M.Brayzanın sözlərinə görə, ABŞ-da çoxları bu sazişə qarşıdır, onlar əsasən respublikaçılardır: “Onlar İsrail hökuməti kimi hesab edirlər ki, İrana qarşı sanksiyaların təzyiqi aradan qaldırılsa, o, özünü daha aqressiv aparacaq”.
İranlı siyasətçilərin ABŞ-da Tehran səfirliyinin açılması barədə fikirlərini şərh edən M.Brayza qeyd edib ki, bütün bunlar indi ölkələr arasında münasibətlərin necə inkişaf edəcəyindən, eləcə də İranın davranışlarının nə qədər dəyişəcəyindən asılı olacaq: “İranla nüvə proqramı üzrə sazişin əldə edilməsi Vaşinqton və Tehran arasında bütün problemlərin həll edilməsi anlamına gəlmir. ABŞ-da bir çox siyasətçilər, xüsusilə də respublikaçılar deyirlər ki, bu saziş İrana terrorçuluğa və digər qeyri-sabitlik yaradan fəaliyyətlərə sponsorluq etməkdə maneə törətməyəcək. Tehranın ABŞ-da, Vaşinqtonun isə İranda səfirliklərinin açılması isə İranın davranışındakı digər dəyişikliklərdən asılı olacaq. Şübhəsiz ki, münasibətlərin yaxşılaşmasına ümid edirik”.
Diplomatın sözlərinə əsasən, İrana qarşı sanskiyalar bir müddət saxlanılacaq və İranın sazişi necə yerinə yetirməsinə görə ləğv edilməyə başlanılacaq: “İran iqtisadiyyatının bərpası və möhkəmlənməsi 1 ildən çox vaxt aparacaq. Əminəm ki, bu müddət ərzində iranlı tərəfdaşlarla biznesi bərpa etmək istəyən çoxlu ABŞ şirkəti tapılacaq, ABŞ-ın neft və drillinq şirkətləri İrana qayıtmaqda çox maraqlıdırlar. Ümumilikdə ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var. Bundan başqa, bu, Azərbaycan və Türkiyə üçün də geniş ticarət imkanları yaradacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam