Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəbələdə avtomobil qəzası olub -Ölən və xəsarət alanlar var/FOTO

 

Qəbələdə baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

Yenixeber.org xəbər verir ki, qəza nətiicəsində xəsarət alanlar "VAZ-2106" avtomobilində olan sərnişinlər - 1970-ci il təvəllüdlü Səfərəliyev Sübhi Yunus oğlu, 1987-ci il təvıllüdlü Qocayev Mehdi Ərzuman oğlu və 2010-cu il təvəllüdlü Elgiz Abduləzizov, həmçinin "Hyundai"nin sürücüsü Aqil Bəhlulzadədir.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

Hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam