Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya da ABŞ-ı hədələdi

 

 

Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazyev ABŞ-ı dollardan imtina edəcəkləri ilə təhdid edib. 

    "xeberinfo.com"  RİA "Novosti"yə istinadən xəbər verir ki, əgər ABŞ Rusiyaya sanksiyalar tətbiq etsə, Rusiya dollardan imtina etməli olacaq. Bu sözləri Rusiya prezidentinin regional iqtisadi inteqrasiya məsələləri üzrə məsləhətçisi Sergey Qlazyev deyib. 

    "Biz digər valyutalardan da çıxmalı olacağıq və özümüzün hesab-ödəniş sistemimizi yaratmalı olacağıq. Bizim həm Şərqdə, həm Qərbdəki partnyorlarımızla çox yaxşı əlaqələrimiz var. Biz ABŞ-dan iqtisadi asılılığı nəinki sıfıra endirməyi bacaracağıq, həm də sanskiyalardan böyük üstünlüklə çıxmağa müvəffəq olacağıq", - Putinin məsləhətçisi bildirib. 

O bildirib ki, əgər ABŞ Rusiya müəssisələrinin və vətəndaşlarının bank hesablarını dondursa, Moskva Amerika banklarının rus strukturlarına verdiyi kreditlərini qaytarmaqdan imtina edə bilər. 

"Sanksiyalar çox kəskin silahdır və əgər ABŞ aktivləri dondursa, öz növbəsində bizim təşkilatların dollardakı passivləri də dondurulacaq. Bu o deməkdir ki, bizim təşkilatlar amerika banklarının kreditlərini qaytara bilməyəcəklər", - Qlazyev bildirib. 

Dünən ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləriylə görüşü zamanı Rusiyanın diplomatik və iqtisadi cəhətdən təcrid olunması üçün atılacaq addımları müzakirə etmişdi. 

Ondan öncə isə, məlum olmuşdu ki, ABŞ Rusiya ilə hərbi, ticarət və həmçinin investisiya danışıqlarını dayandırmaq qərarına gəlib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam