Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Bayramda - qaz problemi olmayacaq

Bayramda qaz problemi olmayacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi avqustun 12-13-də qeyd olunacaq Qurban bayramı münasibəti ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Yenixeber.org: Qurumdan verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. 

Bundan başqa 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti də gücləndiriləcək. Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam