Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəriqaz”da kütləvi ixtisarlar

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.

Xeberinfo.com:   Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb.

Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan Departamentlərin ştat cədvəli SOCAR-ın İnsan resursları Departamentinə (İRD) təqdim edilib.

Qeyd olunub ki, həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan Departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur.

Dekabrın 3-də Suraxanı Rayonu Qaz İstismar Sahəsində kadrlar şöbəsinin rəhbərliyinin işçilərlə birgə keçirilən iclasında bildirilib ki, mütəxəssislər arasında 12 baldan 21 baladək toplayanlar Daxili qaz avadanlıqlarına texniki baxış departamentinə, 21 baldan 29 baladək toplayanlar İstismar departamentinə, 29 baldan 40 baladək toplayanlar Satış departamentində müvafiq işlə təmin olunacaq.

Lakin işçilərlə bu günki görüşdə balından asılı olmayaraq hamının (ixtisara düşənlər xaric) Daxili qaz avadanlıqlarına texniki baxış departamentində (12-21 bal toplayanlarla birlikdə) işlə təmin olunacaqlarını açıqlayıblar.

Qeyd edək ki, qeyri-rəsmi olaraq işçilərə təqdim edilmiş sənədə məcburi surətdə qol çəkilməsi tələb edilib. Bir çox işçilər isə ali savadlı mütəxəssis olduğundan işdən imtina etməyə hazırlaşır. Onlar “Azəriqaz”ın işçiləri aldatdığını iddia edirlər. Əsas olaraq keçirilmiş imtahan nəticələrinə uyğun işlə təmin olunmamalarını göstəririlər. Narazı işçilərə bildirilib ki, imtina edildiyi təqdirdə başqa iş təklifi olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam