Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Sabahın - hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam