Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu prezident istefaya gedir

 

 

Dünya Bankı (DB) qrupunun prezidenti Cim Yon Kim fevralın 1-dən istefaya gedəcək. Bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə bankın press-relizində deyilir.

Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edir. O, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə bağlıdır.

"Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək", - deyə məlumatda bildirilir.

Kimin dəqiq harada işləyəcəyi açıqlanmır.

O, DB-nin rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da,təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam