Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Bu günə gözlənilən hava proqnozu

 

Azərbaycanda yanvar ayının ilk günü üçün hava proqnozu açıqlanıb. 
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 1-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam