Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Deputatlarımız İrəvandakı məsciddə - FOTOLAR

İrəvanda səfərdə olan Azərbaycan deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər.
Yenixeber.org: Bu haqda məlumatı millət vəkili Əflatun Amaşov paylaşıb. Deputatlar Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər. Nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov, QDİƏT-nın baş katibi Asəf Hacıyev daxildir.
Göy Məscidin fotolarını paylaşan Ə. Amaşov yazıb: "Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam