Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi- FOTO

 

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi - FOTO

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçib.

Yenixeber.org:Mətbuat Şurasından verilən məlumata görə, bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.

QDİƏT-in Parlament Məclisinin Yerevanda noyabrın 27-dən işinə başlamış, Milli Məclisin Aqrar Siaysət Komitəsinin sədr müavini Eldar Quliyevin, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatıldıqları 52-ci plenar sessiyası bu gün də davam edib. Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.

Sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib.

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi həyata keçirən ölkənin parlamentinin rəhbəri başçılıq edəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov olacaq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam