Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycan” qəzeti naziri “vurdu”

 

    "Xeberinfo.com": “Azərbaycan” qəzetində Nəqliyyat Nazirliyinə tabe olan “Bakı Sərnişin Nəqliyyatı” MMC kəskin tənqid edilib. Qeyd edək ki, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin sədri nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, müavini isə bacısı oğludur. Bu baxımdan məqaləni Ziya Məmmədovun “vurulması” kimi də təqdim etmək olar. Bakının ictimai nəqliyyat sektorundakı vəziyyəti olduğu kimi göstərən məqaləni təqdim edirik:

İctimai nəqliyyat niyə ictimai problemə çevrilib

Nə qədər ki, sürücü “pul yığımı” ilə məşğul olur, problemin həlli görünmür. Azərbaycanın paytaxtının bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer aldığını sübut etməyə ehtiyac yoxdur. İndi Bakını qonşu ölkələrin paytaxtları ilə yox, öz ambisiyalı tikinti layihələri ilə dünyaya səs salmış şəhərlərlə müqayisə edirlər. Başdan-başa yenidən qurularaq bənzərsiz görkəm almış Dənizkənarı Milli Park, müasir Bakının simvoluna çevrilmiş “Alov qüllələri”, qeyri-adi arxitekturasına görə təkrarı olmayan Heydər Əliyev Mərkəzi, istənilən şəhərin həsəd apara biləcəyi “Kristal Hall” sarayı və onlarla digər tikililər, eləcə də abadlaşan prospekt, küçə və meydanlar, salınan təzə park və bulvarlar, istifadəyə verilən müxtəlif təyinatlı sosial obyektlər və əyləncə mərkəzləri, məşhur brendlərə məxsus hotellər, möhtəşəm yol ötürücüləri Bakını tanınmaz edib. Bəlkə də bütün bunlar gözümüzün qarşısında baş verdiyindən bizim üçün adiləşib. Amma paytaxtımıza ara-sıra yolu düşən qonaqlar hər gəlişlərində bu yeniliklərə, bu inkişafa heyran qaldıqlarını gizlədə bilmirlər. Hətta Azərbaycana münasibətdə tərifə xəsislik edənlər də Bakının gözəlliyi qarşısında aciz qalırlar.
1MLakin paytaxtımızın özünün həllində aciz qaldığı bir sahə də var. Bu, Bakının ictimai nəqliyyat sektorudur. Yerüstü və yeraltı ictimai nəqliyyatdan ibarət olan bu sahədə işin təşkili bugünkü Bakıya yaraşmır desək, azdır. Və bu yerdə şükür etmək lazımdır ki, nə yaxşı, şəhərimizin qonaqlarının əksəriyyəti ictimai nəqliyyatdan istifadə etmir. Yoxsa, məsələn, marşrut avtobusunda sürücünün işini buraxıb gediş haqqını yığması, yaxud havasız metroda qatarı 6-8 dəqiqə gözləməsi kifayət edərdi ki, heyran olduqları Bakı haqqında təəssüratları dəyişsin. Axı, qonaqlar gəzdikləri ölkələrdə Bakı kimi qədim olduğu qədər müasir olan ikinci şəhər görmədikləri kimi, ictimai nəqliyyatda belə hallarla da qarşılaşmırlar.
Bakı sakinləri isə bu cür hallarla nəinki hər gün qarşılaşırlar, hətta ona artıq öyrəşiblər.Öyrəşiblər ki, marşrut avtobuslarının hərəkət cədvəli yalnız hansısa kağızlarda və bir də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin dayanacaqlardakı monitorlarındadır. Adət ediblər ki, marşrut avtobusları harada gəldi saxlasınlar və bu zaman hansısa təhlükənin yaranmasının onlara dəxli yoxdur, təki sərnişin olsun.Dayanacaqları “finiş” bilib yolda ötüşən avtobuslara, sükanı buraxıb pul xırdalayan, mobil telefonla danışan sürücülərə də sərnişinlər artıq adətkardırlar. Hələ sürücülərin avtobuslarını metro stansiyalarının yaxınlığındakı dayanacaqlarda daha çox sərnişin yığmaq üçün dəqiqələrlə saxlayaraq camaatın əsəbləri ilə oynamasını, buna etiraz edənləri isə bəzən təhqir etməkdən çəkinməmələrini demirik. Bir də, deyəndə nə olacaqdı ki… Guya ilk dəfədir bu haqda yazılır?! Xeyri yoxdur! Çünki Bakıda ictimai nəqliyyatın təşkili işinin bünövrəsi düz qoyulmayıb. Səbəb də odur ki, bu işin tapşırıldığı qurumlar sərnişinlərin rahatlığından, şəhərdə nəqliyyat sisteminin normal fəaliyyət göstərməsindən çox öz maraqlarını düşünürlər. Belə olmasaydı, Bakının küçə və prospektləri, ayrı-ayrı yaşayış məntəqələri “marşrut” adı ilə “sahibkar” adlandırdıqları nəqliyyat maxinatorları arasında bölünməzdi. Paytaxtda isə bu gün həmin bölgüdə pay almağın şərtlərini bilməyən az adam tapılar. Deməli, günü-gündən müasirləşən Bakının ictimai nəqliyyat kimi ciddi məsuliyyət tələb edən bir sahəsi qarşılarına “marşrut”dan pul çıxarmaq məqsədini qoymuş qeyri-ciddi “sahibkar”lara həvalə olunub. Onlar da keçmiş tarix kitablarında yazıldığı kimi, sürücü sinfinin istismarı ilə məşğuldurlar. İndi gəl sutkanın 18 saatını fasiləsiz, naharsız sükan arxasında otur görüm, necə oturursan… Özü də gecə-gündüz yollarından tıxac əskik olmayan Bakıda. Nəzərə alsaq ki, tıxac təkcə vaxt itkisi yox, həm də əsəb gərginliyidir, onda ictimai nəqliyyatda işləyən sürücülərin vəziyyətini, daha doğrusu, səhhətini başa düşmək çətin deyil.
“Qardaş, yeməyimiz, içməyimiz də sükan arxasındadır. Dincəlməyə, bir loğma çörək kəsməyə nə imkan verirlər, nə də özümüzün macalımız var. Dayandıqsa, həm plandan qalırıq, həm də çörək pulundan. Təki gecə işdən çıxanda bizi görəsiz. Bir ana, yeddi bacı lazımdır günümüzə ağlasın. Amma nə edək? Deyirlər, xoşun gəlmir, yaxşı yol”. Bu sözləri marşrut avtobusunda işləyən bir sürücüdən eşitmişik. Qəsdən adını və hansı marşrutda işlədiyini yazmırıq. Çünki istəmirik çörəyinə bais olaq. Amma bilirik ki, onun bu gileyinin altından paytaxtın marşrut avtobuslarının əksər sürücüləri qol çəkər. Elə isə Bakının ictimai nəqliyyatında qeyd etdiyimiz və etmədiyimiz nöqsanlarda sürücülərin məsuliyyət payına şərik olanlar barədə.
Təxminən 8 il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin strukturu kimi fəaliyyət göstərən Nəqliyyat Departamenti ləğv edilərək səlahiyyətləri, tabeliyində olan müəssisə və təşkilatları balanslarındakı əmlakla birgə Nəqliyyat Nazirliyinə verildikdə paytaxt sakinləri fikirləşdilər ki, ictimai nəqliyyat kimi vacib bir sahədə, nəhayət, normal qayda-qanun yaradılacaq, şəhərdaxili sərnişin daşımalarda hamını boğaza yığmış nöqsanlar tezliklə aradan qaldırılacaq. Əslində, Bakıda bu işin təşkilində və tənzimlənməsində paralelliyin aradan qaldırılması üçün atılan bu addımın məqsədi də bu idi. Ləğv olunan qurumun əvəzində yaradılan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin paytaxtda sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və sərnişin daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməyi, tabeliyindəki nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etməyi, şəhər nəqliyyatının inkişafı istiqamətində proqramların hazırlanaraq icra olunmasını, sərnişin nəqliyyatının texniki istehsalat bazasının yenidən qurulması və s.-ni özünün əsas vəzifələri elan etməsi isə bu məqsədin tezliklə reallaşacağından xəbər verirdi. İnsafən, bu istiqamətdə ilk dövrlər az işlər görülmədi – təkcə 2009-2011-ci illər ərzində paytaxta müasir tələblərə cavab verən iritutumlu 1876 avtobus gətirildi və beləliklə, marşrutlardan istismar müddəti ötmüş əksər köhnə avtobuslar yığışdırıldı. Son məlumata görə, hazırda Bakıda hər gün 2500-2600 iri və ortatutumlu avtobus müxtəlif marşrutlara çıxır. Bundan əlavə, 2011-ci ilin dekabrından paytaxtda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2007-ci il 26 oktyabr tarixli sərəncamı əsasında yaradılmış NİİM təhlükəsizliyi, rahatlığı, səmərəliyi, ətraf mühitin qorunmasını təmin edən intellektual nəqliyyat sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya isə nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarə edilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına, qəza və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılması və yerinə yetirilməsinə əsaslanır. Onu da qeyd edək ki, bu gün paytaxtın 664 dayanacağında NİİM-in monitorları var və onların vasitəsi ilə sərnişinlərə marşrut avtobuslarının hərəkəti haqqında məlumat verilir.
Göründüyü kimi, paytaxtın ictimai nəqliyyatında işlərin ən müasir səviyyədə qurulması üçün dövlət tərəfindən bütün addımlar atılır, hər bir yeniliyə, təşəbbüsə istənilən qədər vəsait ayrılır. Yeni avtobuslar lazımdır? Buyurun! Sərnişin daşımaya birbaşa təsir göstərən yolların təmirinə ehtiyac var? Həll olunur! Müasir idarəetmə mərkəzi qurulmalıdır? Qısa müddətdə o da istifadəyə hazırdır! Elə isə bu sahədə nəyə görə istənilən nəticə əldə edilmir?
Mütəxəssislər deyirlər ki, bunun əsas səbəbi işin düzgün təşkil olunmamasıdır. Onların fikrincə, şəhərdaxili ictimai nəqliyyatın özəl sektora verilməsi özünü doğrultmur. Bu işlə yerli özünüidarəetmə qurumları məşğul olmalıdır. Çünki bu və ya digər şəhərdə hansı istiqamətə neçə marşrut avtobusunun işləməsinin lazım olduğunu yalnız həmin qurumlar düzgün müəyyənləşdirmək imkanına malikdirlər. Bugünkü “Bakı Sərnişin Nəqliyyatı” isə Məhdud Məsuliyyətli Cəmiyyət olsa da, fəaliyyət dairəsi məhdud deyil. Belə ki, MMC paytaxtda ictimai nəqliyyatın, yəni, marşrut avtobuslarının işinin təşkili ilə yanaşı, taksilərin fəaliyyətinə, hətta şəhərlərarası və beynəlxalq sərnişin daşımalarına nəzarət, yəni, rəhbərlik edir. Bunlarsa ictimai nəqliyyata aid olduqları üçün eyni sahə sayılsa da, hər biri fərqli yanaşma və fərqli diqqət tələb edən fəaliyyət növləridir. Elə bu cür yanaşma və diqqətin yetərincə olmaması səbəbindəndir ki, həmin sahələrin hər birində hazırda kifayət qədər həllini gözləyən problemlər var. Olmayan təkcə sahəyə cavabdeh olanların məsuliyyətidir.

Görünür, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəhbərləri qurumun adındakı məhdud məsuliyyətli ifadəsini düzgün başa düşməyiblər. Əks halda, ictimai nəqliyyatdakı neqativ halların məsuliyyətini sürücülərlə bölüşməzdilər.
Niyə də bölüşməsinlər? Sürücülərin “plan” qovmalarına, bir istiqamətdə avtobusların sərnişin, digər istiqamətdə isə sərnişinlərin avtobus üzünə həsrət qalmalarına, Bakı kimi isti və küləkli şəhərin ictimai nəqliyyat sektorunda bir dənə də olsa kondisionerli avtobusun olmamasına (söz düşmüşkən bildirək ki, bu, paytaxtın ictimai nəqliyyatından istifadə edənləri ən çox narahat edən məsələlərdən biridir), basabaslara, qəzalara və s.-yə əsas səbəb onlar deyilmi?! Bəlkə Bakının qədimliyi və müasirliyinə, abadlığı və gözəlliyinə görə qat-qat üstün olduğu şəhərlərdən ictimai nəqliyyatın işi sarıdan geri qalmasının günahkarı da başqalarıdır?! Kim nə deyir, desin, sərnişinlərin qapıdan sallandığı, sürücülərin kassirlik etdiyi, tər iyindən bağır çatlayan ictimai nəqliyyat bu gün dünyanın ən cazibədar şəhərlərindən hesab olunan Bakıya yaraşmır. Vallah yaraşmır!
Neçə vaxtdır deyirlər ki, marşrut avtobuslarda gediş haqqı kart sistemi vasitəsi ilə ödəniləcək. Hətta bir ara “pilot” marşrutlar da seçildi. Amma ardı gəlmədi, yaxud gəlməsi ləngiyir. Səbəbi çox sadədir. Nə qədər ki, marşrutların “sahib”i var və onlar sürücülərdən “plan” tələb edirlər, gediş haqqının kartla ödənilməsi ən yaxşı halda “pilot” layihə olaraq qalacaq. Bu faktı sadəcə, sözgəlişi yada salmadıq. Bakının bugünkü yaraşığına yaraşmayan ictimai nəqliyyatdakı neqativ halların haradan qaynaqlandığını bir daha vurğulamaq istədik.
Qaynaqlanmaq dedik, yerin altı yadımıza düşdü. Axı, paytaxtın ictimai nəqliyyatının bir qolu da yerin altına – metroya gedib çıxır. O metroya ki, bakılılar və şəhərimizin qonaqları fürsət düşdükdə ictimai nəqliyyat kimi ən çox ona üstünlük verirlər. Bu da səbəbsiz deyil. Ən azından sərnişinləri tıxacda ilişib qalmaq təhlükəsi gözləmir, baxmayaraq ki, metronun da qəfil ara-sıra yaranan özəl problemləri olur. Həmin problemləri başa düşmək mümkündür. Yerin altıdır, istehsalat prosesidir, hər nə desən ola bilər – qatar da gecikər, ventilyasiya sistemi zəif işləyə də bilər və s. Allah betərindən qorusun!
Amma bir məsələ var ki, qeyd etdiyimiz həmin hallar metroda artıq “çp” sayılmır, necə deyərlər, xroniki hal alıb. Metrodan uzun müddət istifadə edənlərin qatarlar arasında intervalın 2 dəqiqə olması yəqin çoxdan yadlarından çıxıb. Axı, indi sərnişinlər 4-5 dəqiqəyə şükür edirlər. Əvvəllərsə, istər yay mövsümü olsun, istərsə də qış, Bakı metropolitenində qatarlar dəqiq qrafiklə işləyirdi. Stansiyaların da ki, yayda sərin, qışda isti olması öz yerində. Bütün fəsillərdə sərnişinlər özlərini metroda çox komfortlu hiss edirdilər. Bu günsə ürəyində azca problemi olanların metroya düşmələri risklidir. Sağlam adam havasızlıqdan orada nəfəs ala bilmir, o ki, qaldı xəstə ola.
Bilirik ki, Bakı metrosunda gediş haqqı əksər şəhərlərlə müqayisədə ucuzdur. Onu da eşitmişik ki, yay mövsümü adı ilə xətlərə az sayda qatarların buraxılması, stansiyalarda ventilyasiya sisteminin, yumşaq desək, xəsisliklə işlədilməsi metropolitenin vəsaitinə qənaət etmək istəyindən irəli gələn tədbirlərdir. Bununla belə, hamı bilir ki, hər il dövlət büdcəsindən ucuz gediş haqqından düşdüyü ziyanı əvəzləmək və digər xərcləri ödəmək üçün metropolitenə milyonlarla manat vəsait ayrılır. Onda müxtəlif səbəblər göstərməklə sərnişinlərə havasızlıqla, basabasla əziyyət verməyin nə adı var?!
Bakı Metropoliteninin rəhbərliyi təzədir. Hiss olunur ki, məqsədi mövcud nöqsanları aradan qaldırmaq, metronu yenidən təhlükəsiz və rahat nəqliyyat vasitəsinə çevirməkdir. Şübhə yoxdur ki, bu gileylər də yeni rəhbərliyin tezliklə yoluna qoyacağı problemlər sırasındadır.
Amma həlli təkcə Bakı Metropoliteninin rəhbərliyindən asılı olmayan bir məsələ də var və əvvəlcədən etiraf edirik ki, bu sahədə mütəxəssis olmadığımızdan səhv edə bilərik, hərçənd fikrimizcə, həmin ehtimal çox deyil. Məlumdur ki, indi paytaxtda yeni metro stansiyaları tikilir və bu, çox yaxşıdır. Lakin metroda yaxın stansiyaları yeni xətlərlə bir-birinə qovuşduraraq (məsələn, Dərnəgül ilə Koroğlu, Əhmədli ilə Xətai stansiyalarını) dairəvi yolun çəkilməsinin hətta perspektivdə olmamasını anlaya bilmirik. Anlaya bildiyimiz isə odur ki, dairəvi yolda xətlərin kəsişmələri olmur, qatarlar qrafik üzrə rahat hərəkət edir və deməli, sərnişinlər sıxlıqdan əziyyət çəkmirlər. Bunun əksinin hazırda 28 May stansiyasında qatarların gecikməsinin əsas səbəbi olaraq yaratdığı problemi təkcə sərnişinlər yox, metro işçilərinin özləri də yaşayırlar. Belə halda problemin birdəfəlik həll edilməsinə mane olan nədir?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam