Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ziya Məmmədovun dağılan inhisarı...

 

 

     "xeberinfo.com": Ötən gün paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərindən biri də əlindən alındı


Bundan əvvəl Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yalnız formal olaraq Nəqliyyat Nazirliyinə tabe olması mübahisə mövzusu idi. Ən bəsit müşahidə belə kifayət edir ki, həmin qurumların heç birinin Ziya Məmmədova hesabat vermədiyini açıq-aşkar görəsən. Belə ki, nazirin keçirdiyi kollegiya iclaslarına Xəzər Dəniz Gəmiçiliyi və “AZAL” rəhbərləri adətən qatılmır.

İddialara görə, Cahangir Əsgərovla nəqliyyat naziri Ziya Məmmədov arasında konflikt o həddə çatıb ki, “AZAL” prezidenti “Bənövşə” adı almış “London taksiləri”ni şəxsi nəzarətində olduğu məkana – Bakı aeroportuna buraxmır.

Ötən gün isə paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat nazirinin daha bir səlahiyyəti əlindən alındı.

Beləliklə, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verdi. Bundan sonra Nəqliyyat Nazirliyi BŞİH-lə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərinin müəyyən edəcək.

Qeyd edək ki, buna qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təkbaşına təşkil edirdi. Yəni paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Transgeyt” şirkətinin inhisarında idi.

Məlumata görə, Nəqliyyat Nazirliyinin əsas müəssisəsi olan “Azəryolservis” ASC də Z.Məmmədovun kurasiyasından çıxarılacaq. Muxtar şirkət təsiri bağışlayan ASC-nin səhmlərinin yarı faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da, “Azəryolservis” sədri Cavid Qurbanovun hazırki mövqeyinin ölkənin hakim elitasında nazirinkindən daha güclü olduğu göz qabağındadır.

Bir sözlə, onun Z. Məmmədova tabeçiliyi formal xarakter daşıyır və yaxın vaxtlarda ASC də nazirliklə yollarını ayıracaq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam