Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ziya Məmmədovun adamının milyonluq maşını

 

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qiyməti yarım milyonluq avtomobil sifarişçiləri arasındadır.

 

Xeberinfo.com:  İki gün əvvəl “qayqazinfo.az” saytı 2016-cı il buraxılışı olan və dəyəri yarım milyondan artıq olan 12 “Bentley”nin sifariş verildiyini və pulunun da ödənilməsi haqqında məlumat yayıb. Məlumatı “Bentley Azerbaijan” şirkəti də təsdiq edib. Məlumatda o da qeyd olunurdu ki, bu tip “cip”lər neftlə zəngin Şərq ölkələri, o cümlədən Azərbaycan üçün istehsal olunur. Həmin böyük maşınları istehsal edən ölkələrdə isə o ölçüdə avtomobillər gözə dəymir. Dəyəri 200-500 min dollar olan maşınlar dəbdəbəli həyata üstünlük verən insanlara satılır. Azərbaycana gətirilən avtomobillər də zaman-zaman mediada müzakirəyə səbəb olub. Bir neçə halda milyondan çox qiyməti olan avtomobillərin gömrükdə saxlanılaraq ölkəyə buraxılmadığı barədə məlumatlar yayılıb. Həmin avtomobillərdən birinin adı AzMedia.info-ya özəl mənbə tərəfindən açıqlanıb. 

 

Əvvəlcədən ehtimal olunurdur ki, bu cür bahalı və lüks avtomobilləri ancaq məmurlar, ya da onların övladları sifariş verə bilər. Və ehtimal özünü doğruldub. Belə ki, AzMedia.info-nu məlümatlandıran özəl mənbə bildirib ki, sözü gedən bahalı avtomobillərdən birini Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, Ziya Məmmədovun oğlu Anar Məmmədovun dostu Elnur Abdullayev tərəfindən sifariş olunub və yaxın mart ayında həmin avtomobilin ölkəyə gətiriləəcyi gözlənilir. 

 

Mənbə AzMedia.info-ya bildirib ki, 2016-cı il buraxılışı olan “Lexus LX 570” model avtomobilini sifariş edib. Elnur Abdullayev əvvəllərdə “Lexus” avtomobillərinin maraqlısı olub və sevdiyi avtomobillər arasında “Lexus” ayrıca yer tutub. Bir qayda olaraq son bir neçə ildə Elnur Abdullayevin hər il son buraxılış “Lexus” modellərini sifariş verdiyi iddia olunur. Adı çəkilən avtomobilin qiyməti isə 200- 250 min manat arasında dəyişir.

 

Orta çinli məmur olan və bizneslə məşğul olması qanunla yasaqlanan Elnur Abdullayevin bu qədər bahalı maşınları siyariş etməsi ictimai maraq doğurur. Hər halda cənab Elnur Abdullayev bu cür bahalı maşınları hansı pullarla aldığını ictimaiyyətə açıqlamağa borcludur.

 

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

Yeni təyinata qədər Elnur Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

 

Elnur Abdullayevin rəhbərlik etdiyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki qurumlar aşağıdakılardır: 

 

“Bakı Sərnişin Nəqliyyatı” MMC,

 “Avtomobil yük daşımalarının təşkili” MMC,

“1 saylı  Gəncə Regional Nəqliyyat” MMC, 

“2 saylı Quba Regional Nəqliyyat”  MMC, 

“3 saylı Şirvan Regional Nəqliyyat” MMC, 

“4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, 

“5 saylı Yevlax Regional Nəqliyyat” MMC, 

“6 saylı Şəki Regional Nəqliyyat” MMC, 

“7 saylı Göyçay Regional Nəqliyyat” MMC, 

“8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, 

“9 saylı Ucar Regional Nəqliyyat” MMC, 

“10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, 

“11 saylı Tovuz Regional Nəqliyyat” MMC, 

“12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, 

“13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, 

“14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, 

“15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, 

 

 “Nəqliyyatservis” MMC, 

 

Tədris-Kurs Kombinatı və

Respublika Texniki İdman Klubu.

 

Bundan başqa paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu deyilir. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayev həyata keçirdiyi bildirilir. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilir. 

 

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam