Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Davudoğlu baş nazir olduqda ilk səfərini Bakıya etməlidir

 

  Dünən Türkiyənin hakim Ədalət və Inkişaf Partiyası (AKParti) özünə yeni rəhbər seçdi.

     "Xeberinfo.com":Xarici işlər naziri Əhməd Davudoğlu bundan sonra Türkiyənin hakim partiyasının rəhbəri olacaq. 1200-dən çox qurultay nümayəndəsinin səsini alan professor  öz çıxışında bu prosesə “vəfa qurultayı” desə də, Türkiyə mediası dərhal buna “vida tədbiri” adını qoydu.
   AKParti Türkiyə siyasi tarixinə daxil olduqdan on ay sonra  hakimiyyətə gəldi və 3 dəfə parlament seçkisini udaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə etdi. Partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə siyasi tarixində ən işgüzar baş nazirlərdən biri kimi xarakterizə olundu. Onun siyasətə həyat tərzi kimi baxması demək olar ki, bütün rəqiblərinin əsas şanssızlığı kimi dəyərləndirilir. Ərdoğan bir çox sosial məsələlərin həllinə nail olmuş və mərkəzi hakimiyyəti daim əlində saxlamağı bacarmış lider kimi Atatürkdən sonra mübahisəsiz xatırlanan siyasi liderdir. Üstəlik, əldə etdiyi nailiyyətləri açıq və alternativli seçki yolu ilə etməsi onun üstünlüyü kimi qeyd edilməlidir.
Bir çox hallarda Ərdoğanın və AKPartinin qələbələrini onun müxalifətinin zəifliyi ilə əlaqələndirənlər tapılır. Bu arqumentlərdə xeyli həqiqət payı olsa da, rəqiblərlə üstün fərqi onun özünün və çalışqan komandasının yaratdığı şübhəsizdir. Ərdoğanın baş nazirliyində Türkiyə demək olar ki, ideoloji dövlətə doğru iri addımlar atmağa başladı. Bu, Israil və Avropa Birliyi ilə münasibətlərdə, eyni zamanda, Qərb-Iran münasibətlərinə yanaşmada aydın sezilirdi. O, indi Türkiyənin baş naziri deyil.

Təkbaşına 52 faiz...

Diqqətli sosioloqlar artıq nə baş verdiyini aydınlaşdıra bilərlər. Türkiyə bir toplum olaraq, sürətli qatara minib. Bu qatarın hara aparacağına dair şübhələr səslənsə də, indi ondan düşmək daha qorxulu addım hesab edilir. Çünki hər kəsdə Ərdoğanın 12 illik status-kvosuna ciddi vərdiş yaranıb və böyük bir kəsim düşünür ki, bu status-kvo dağılsa, bir çox şey çətinləşəcək. Xüsusilə, sabit maliyyə bazarı arzusunda olan əvvəlki elastik və siyasətə görə dalğalanan birjanın geri qayıtmasını istəmirlər. Bir sözlə, Türkiyədə böyük pullar və böyük pullular Ərdoğan status-kvosunun davam etməsində maraqlıdır. Üstəlik, sosial sahədə - tibbi sığorta və kənd təsərrüfatına yardım məsələsində bir sıra islahatlarla o, kiçik əsnafın və sadə vətəndaşın da dəstəyini almağı bacarıb. Ərdoğan son seçkidə 52 faizlik səsi təkbaşına qazandı və bu, onun rəqiblərini sadəcə, “təsəlli çıxışları” etməyə məcbur etdi. Bu qədər səs almaq Türkiyə siyasətinin perspektivi barədə də proqnozlar verməyə yardımçı oldu.
Bu epoxa bitəcəkmi?

Əsas sual budur? Ərdoğan artıq baş nazir deyil. AKPartinin rəsmi lideri də deyil. Növbəti parlament seçkilərində bu partiya hansı performansı göstərəcək? Davudoğlu onun qədər nəticələr əldə edə biləcəkmi? Yaxud da Davudoğlunun liderliyində bir AKParti parçalanmadan davam edə biləcəkmi?
Bu suallara cavab vermək indidən çətindir. Amma Bülənd Arınc kimi fiqurların problem yaradacağı istisna olunmur. Onun zaman-zaman Ərdoğandan çox asılı olmayan müstəqil siyasətçi kimi görünmək eyhamları da diqqəti cəlb edib. Türkiyə siyasətində Ərdoğandan sonra daha çox adı çəkilməkdə olan Davudoğlunun daha açılımpərvər siyasətçi kimi davam edəcəyini deyənlər də var. Fəqət, bu da bir reallıqdır ki, Türkiyə toplumu sevməsə belə, ən güclünün liderliyini qəbul edən toplumdur. Bu isə o deməkdir ki, Davudoğlu bu status-kvonun şərtlərindən olan sərtliyi qoruyub saxlamalıdır.
Bunu bacaracaqmı? Artıq qarşıdakı zaman bizə hər şeyi deyəcək. Amma bütün hallarda, koalisiya hökuməti zərurəti yaransa belə, hələ bir neçə müddət Türkiyədə baş nazir AKPartinin iradəsilə təyin olunacaq. Çünki bundan sonra da uzun müddət sağ mühafizəkar seçicinin əsas partiyası olaraq bu təşkilatın qalacağı şübhə doğurmur.
Türkiyənin yeni baş naziri kimi, Davudoğlunun ilk səfərini hara etməsi isə indidən maraq doğuran sualdır. Çünki yeni dünya düzəninin hələ tam formalaşmadığı və “qabıq dəyişdirdiyi” ərəfədə Türkiyənin prioritetləri hamının diqqətində olacaq. Münasibətlərdəki bütün xoşagəlməzliklərə baxmayaraq, Davudoğlu ilk rəsmi səfərini Bakıya etməlidir. Bu həm Azərbaycanın, həm də Türkiyənin dövlət maraqlarına uyğundur. Həm də münasibətlərə olan şəxsi provakasiyalara sanballı cavab ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam