Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Parlamentinin sədri siyasətdən gedəcəyini açıqlayıb

 

 

 

        "xeberinfo.com": Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək siyasətdən gedəcəyini açıqlayıb. Məlumata görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

 

         C.Çiçək qeyd edib ki, o, bu vaxta qədər Türkiyə siyasəti üçün yetərincə iş görüb və bundan sonra siyasətdə qalmağın bir mənası yoxdur.

 

      Qəzetin məlumatına görə, Çiçək 2015-ci ildə parlament seçkilərində iştirak etməyəcək.

 

      Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Çünki partiyanın daxili nizamnaməsinə əsasən, AKP üzvü 3 dəfədən artıq deputat seçilə bilməz.

 

      Baş nazirin müavinləri Bülənt Arınc, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, AKP rəhbərinin müavini Hüseyn Çəlik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, Aİ işləri üzrə nazir və danışıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu kimi partiyanın məşhur nümayəndələri 2015-ci il seçkilərində iştirak edə bilməyəcəklər.

 

     Hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğan da parlament seçkilərində iştirak etməyəcək.

 

     Türkiyədə parlament seçkiləri 2015-ci il iyunun 14-də keçiriləcək.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam