Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə yeni baş nazirini seçir - CANLI YAYIM

AKP-yə yeni sədr, Türkiyəyə isə baş nazir seçilir: Qurultaydan CANLI YAYIM

 

 

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilir.
Xeberinfo.com:   Türkiyə KİV-lərinin məlumatına görə, "Ankara Arena”da öz işinə başlayan qurultayda AKP-nin yeganə baş nazir namizədi Binəli Yıldırım da iştirak edir. 
Qurultaya 6 min nəfər qatılıb. Hazırkı baş nazir Əhməd Davudoğlunun da qurultayda çıxış edəcəyi gözlənilir.
Məlumata görə, səsvermədə 1470 nəfər partiya üzvü səs verəcək.
 
*****
10:49
 
Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.
APA-nın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.
Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə.Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.
Qurultayda prezident R.T.Ərdoğan, B.Yıldırım və Ə.Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay "Uğurlu yürüşə davam" şüarı altında keçiriləcək.
B.Yıldırıma bu gün prezident R.T.Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.


6

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam