Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Baş Qərargah MN-ə birləşir – TARİXİ İSLAHAT

Baş Qərargah MN-ə birləşir – Tarixi islahat

 

 

Türkiyədə bu gün keçirilməsi gözlənilən Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin növbədənkənar toplantısında mühüm qərarların veriləcəyi gözlənilir.
 
Xeberinfo.com:   Məlumata görə, Nazirlər Kabinetinin toplantısında hökumətin səlahiyyətlərini artıran qərarlarla yanaşı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyinə (MN) birləşdirilməsi müzakirə olunacaq.
 
“Cümhuriyyət” qəzetinin məlumatına görə, hökumət gözlənilməz addım ataraq hərbçilərin səlahiyyətini minimuma endirəcək radikal qərarlar verəcək.
 
AKP rəsmilərinin qəzetə verdiyi məlumata görə, artıq bu məsələdə CHP və MHP-nin də razılığı alınıb.
 
Çünki Baş Qərargahın MN-ə birləşdirilməsi üçün konstitusiya dəyişikliyi lazımdır. Bunun üçün də müxalifətin dəstəyinə ehtiyac var.
 
Baş Qərargahın MN-ə birləşdirilməsi ilə hazırki komandanların da taleyi həll olunacaq. 15 iyul hərbi çevrilişə cəhd zamanı girov götürülən Baş Qərargah rəisi və digər komandanların asanlıqla vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
 
Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım bu gün ölkə tarixində önəmli qərarların veriləcəyini deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam