Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyədə AKP-CHP koalisiyası qurulacaq”

 

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçildikdən sonra koalisiya hökumətinin qurulması ilə bağlı müzakirələr sürətlənib.

"Xeberinfo.com":   Bu gün dəhlizlərdə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP), yaxud AKP ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) koalisiya hökuməti qurmasının mümkünlüyü daha çox dolaşır. Digər tərəfdən, koalisiya qurulsa belə, bu prosesin uzun çəkməyəcəyi, noyabr ayında təkrar seçki keçirilməsinin qaçılmaz olacağı da vurğulanır. Ümumiyyətlə, Türkiyədəki indiki siyasi proseslər fonunda koalisiya hökuməti necə qurula bilər?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına deyib ki, AKP bu prosesdə o qədər də səmimi siyasət yürütmür:

“Çünki əvvəlcə ictimaiyyətə belə bir rəy çatdırıldı ki, guya Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə hökumət qurulacaq. Amma son günlər CHP ilə danışıqlar daha intensiv gedir. Hətta MHP-nin lideri Dövlət Bahçalı bəyan edir ki, biz ana müxalifət missiyasını yerinə yetirəcəyik, CHP ilə AKP-nin koalisiya hökuməti qurması isə an məsələsidir. AKP MHP-ni bir müddət mətbuatda koalisiya ortağı kimi təqdim etdi. Biləndə ki, MHP rüşvət olaylarını araşdırmaqdan vaz keçməyəcək bu partiyanı kənarda qoydu. CHP isə rüşvət olaylarını qabartmayacağını bildirib. Beləliklə, CHP ilə AKP-nin danışıqları baş tutmaq üzrədir.

Onun fikrincə, hətta portfellərin bölüşdürülməsi məsələsində də CHP o qədər prinsipiallıq göstərmir: “CHP-dən bildirilib ki, kürtlərin partiyası – Xalqların Demokratik Partiyası (HDP) CHP ilə AKP-nin koalisiyasına loyal yanaşacaq və ola bilsin ki, kənardan ona dəstək verəcək. AKP-nin atdığı addımlar hökumətin qurulmasına gətirib çıxaracaq, amma bu hökumətin o qədər də prinsipial olacağına güman azdır. Çünki MHP kimi partiya ölkədəki neqativ prosesləri cilovlamaq və onları araşdırmaq işində daha fəal ola bilərdi. Təəssüf ki, deyilənlər alınmadı. Yeni qurulan hökumət isə müəyyən qədər loyal davranacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam