Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əhməd Davudoğlu koalisiya hökumətinin qurulmasından danışdı

 

“Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əlaqələrin bundan sonra daha sağlam şəkildə davam etdiriləcəyindən heç kəsin şübhəsi olmasın. Ancaq hazırda bu partiya ilə Türkiyədə koalisiya hökumətinin qurulması istiqamətində yenidən görüş keçirmək üçün heç bir əsas yoxdur”.
"Xeberinfo.com":   Məlumata görə , bunu Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri 
Əhməd Davudoğlu TRT telekanalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, CHP ilə təkrar görüşmək ehtimalı yoxdur: “Hazırda Kamal Kılıçdaroğlu ilə ölkədə koalisiya hökumətinin qurulması üçün təkrar görüşün keçiriləcəyi ehtimalı yoxdur. Ancaq CHP sədri ilə bununla bağlı razılığa gəldik. Bundan sonra bu ölkənin ağır məsuliyyəti hamımızın üzərindədir. Əgər ehtiyac olarsa, ya dostlarımız vasitəsilə, ya da birbaşa görüşəcəyik. Ölkə parlamentində təmsil olunan partiyalar olaraq, bir sıra islahatlar aparmaqla bağlı qərar qəbul etməyə ehtiyac ola bilər”.
AKP sədri Türkiyədə koalisiya hökumətinin qurulması istiqamətində prezidentdən tapşırıq alarkən beynində 9 ssenari olduğunu da deyib: “Ən yaxşı ssenari davamlı hökumət yaratmaq idi. CHP ilə bir sıra ssenarilərin müxtəlif variantlarını sınadıq, ancaq olmadı. MHP ilə də zehnimizdə oxşar variantlar vardı. Lakin MHP əvvəlcədən koalisiya hökuməti qurmağa yanaşmadığından, bəzi variantlar arxa plana atıldı. Avqustun 17-də ortaq məsələlər, hökumət qurmaq və seçkiyə getmək də daxil olmaqla hər şeyi danışmağa hazırıq. Erkən seçkidən danışmaq səbəbim Dövlət Bağçalı və MHP rəsmilərinin əvvəllər koalisiya ilə bağlı verdiyi mənfi bəyanatlardır. Avqustun 23-dək ya koalisiya hökuməti qurmaq, ya da parlamentin qərarı ilə seçkiyə getmək şansımız var. Əgər lazımdırsa, müxtəlif variantları birlikdə düşünək, üçümüz bir araya gələk. Gəlin prezidentin qərarına buraxmadan bir çarə tapaq”.

 

“Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam