Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Sığorta sistemi vətəndaş üçün gərginlik mənbəyidir”

 

 

“Azərbaycanda sığorta sistemi nəinki bərbaddır, həm də insanların əsəb sisteminin pozulmasının günahkarıdır. Bu barədə hər zaman yazmışıq və demişik, hökumət isə tədbir görməyib. Bank sistemindən sonra ən bərbad, qeyri-sağlam və insanların cibinə haqsız girən qurum sığortadır”.
Xeberinfo.com:  Yeni yaradılan AXCP-nin sədri Razi Nurullayev başına gələn qəzadan danışaraq, ölkədə sığorta sisteminin bərbad durumda olduğunu bildirib. 
 
Partiya sədri bildirib ki, yaşadığı binanın qarşısında dayanan avtomobilinin arxa şüşəsinin üzərinə yuxarı mərtəbədən bir çay nəlbəkisi düşüb, sığorta zülmü də bundan sonra başlayıb: “Arxa şüşə çilik-çilik oldu. Yəqin ki, yuxarı mərtəbədə çay içənlərdən birinin əlindən düşüb. Qəza... Sadəcə qəza, xoşagəlməz hadisə... Məsələni böyütmədim. Mən də yaza bilərdim, Azərbaycanın bir çox siyasətçilərinin əli göydədir ki, nəsə bir hadisə olsun, onlar da gündəm yaratsınlar, mənə sui-qəsd var, məni öldürmək istəyirlər, sığınacaq istəyirəm, kəsdilər, öldürdülər, xilas edin və s. kimi ifadələr...
Bakı sığorta nümayəndələri gəldi. Üz-gözlərini turşuda-turşuda "102-yə zəng etmisiniz" deyə soruşdular. Dedik ki, xeyr. Burada cinayət hadisəsi yoxdur. Maşının arxa pəncərəsi üzərinə bir nəlbəki düşüb və arxa şüşə çiliglənib. Yəqin ki, bir uşaq əlindən salıb. Dedilər ki, “Xeyr, mütləq 102-yə zəng etməlisiniz, yoxsa biz heç nə edə bilmərik. 102-yə zəng etdik. Sürücü yaxınlıqdakı polis idarəsinə gedib, bir neçə vərəq izahatı doldurdu, çoxlu sayda suallara cavab verdi. Nə isə, bu hüquqi prosedurlar yerinə yetirilməkdədir. Qanunla 10 gün araşdırma getməlidir, cinayətkarlar yaxalanmalıdır və s...
Biz anlaşa bildik ki, bunu çox uzatmayın, sadəcə qəzadır. Kağızımızı verin və biz də gedək, sığortaya... Yəqin ki, İnşallah bu gün həll olunar. Məsələ bunda deyil. Məsələ sığorta sisteminin vətəndaş üçün gərginlik mənbəyi olmasıdır”.
“Ümumi baxışım bundan ibarədir ki, sığorta bütün hallarda zərərçəkənin yanında deyil” - deyən Razi Nurullayev bildirib ki, onlar işlərin düyünə düşməsində, daha da mürəkkəbləşməsində və vətəndaşa pul ödəməməkdə maraqlıdırlar: “Birincisi, cinayət və xəsarət alanın, zərərçəkənin şikayəti olmadığı halda, vətəndaş nəyə görə polisə zəng etməli, sənəd toplamalı, şəkil çəkməli, arayış almalı, polisə izahat yazmalı və digər prosedurlardan keçməlidir? Məqsəd onun bezikdirilməsi və sonunda hər şeyə tüpürüb, sığortadan imtina etdirilməsidir.
Məsələn, əgər mənim artıq pulum olsaydı, təbii ki, sürücümün qapılarda boynu bükük gözləməsinə, mənasız yerə sorğu-sual edilməsinə və üz-gözünü turşudan Bakı Sığorta əməkdaşlarına dözməzdim. Bakı Sığorta kasko pul ala bilir, amma nəlbəkinin sındırdığı arxa şüşədən cinayət hadisəsi qayırmaq istəyir. Nəlbəki qırıntları yerdə və arxa şüşənin də sınığı göz qabağında... İndi mən qonşularımdan şikayət verməliyəm ki, niyə sənin 7-8 yaşlı uşağın nəlbəkini yerə atıb? Onları həbsə aldırmaq laızmdır?
Sığorta qanunlarını tam olaraq bilmirəm. Amma, çox yəqin ki, sığorta qanunlarında və həyata keçirilmə mexanizmlərində böyük çatışmazlıqlar və qüsurlar var. Bu şəkildə dövlətçilik qurula bilməz, bu şəkildə vətəndaşla münasibət qurula bilməz. Bir gün daşacaq və sel kimi axacaq. Ya da ölkə tam ASAN-laşsın. Hər bir idarə ləğv edilsin. Elə parlament də ləğv edilsin. Çünki, orada oturanların çoxu qanun yazanda və səs verəndə öz biznesini düşünür”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam