Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

DSMF Bərdədə regional “Açıq qapı günü”–vətəndaş forumu keçirib

"Xeberinfo.com":  “Uğurla həyata keçirilən islahatların əticəsində Azərbaycanda iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bununla yanaşı, uzun müddətli dövrüçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə

uyğunlaşdırılması zəruridir.Bu baxımdan ölkə Prezident iİlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir.Həmçinin, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır”.

Bu barədə dekabrın 10-da Dövlət Sosial Müdafiə Fondunun Bərdədə keçirdiyi “Açıq qapı günü” – vətəndaş forumunda məlumat verilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “Azərbaycanın müasir sosial sığorta –pensiya sistemi- pensiyanızı özünüz hesablayın” adlı regional tədbirdə Mingəçevir, Naftalan şəhərlərinin,  Bərdə, Xocalı, Goranboy, Ağdaş, Ucar, Ağdam, Yevlax, SamuxvəTərtər rayonlarının  sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib. Qeyd edək ki, bölgələrdə belə forumlar “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” qanunayğun olaraq təşkil edilir. 

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bugün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyinolunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin  formalaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir.  Sığorta edənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyinolunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır.Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir. 

F. Qədimov qeyde dib ki, “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başaçatdırılıbki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində özəksini tapıb.Beləki, Dünya Bankının “DoingBusiness 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

 

Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığorta olunanın özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarətetmək imkanına malik olduğunu diqqətə çatdırıb. Belə ki, istənilən sığorta olunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığorta olunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Bununla yanaşı, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığorta edənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığorta edənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. 

Forumda ölkədə pensiya ödənişlərinin 99,9 faizinin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, habelə Fondun əhaliyə və sığorta edənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

Diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam