Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Günay Sığorta" "Buta Sığorta"nı alıb

 

"Buta Sığorta" ASC-nin aktiv portfeli "Günay Sığorta" ASC-nin nəzarətinə keçir.

 

Mediatv.az xəbər verir ki, bu barədə "APA-Economics"ə "Buta Sığorta"nın İdarə Heyəti sədri Qənbər Suvanverdiyev bildirib.

 "Günay Sığorta" bizim portfeli alıb. "Buta Sığorta" isə qanunvericiliyə uyğun olaraq ləğv ediləcək. Bundan sonra "Günay Sığorta" yeni inkişaf mərhələsinə daxil olacaq. Bununla əlaqədar "Günay Sığorta" işini yenidən qurur. Eyni zamanda kollektiv yenilənir. Bildiyiniz kimi, 90-cı illərdə “Günay Sığorta” aktiv sığorta şirkətlərindən biri olub. Şirkət yenə də bazarda öz fəaliyyətini aktivləşdirmək niyyəti ilə bizim portfeli alır və "Buta Sığorta"nın kollektivi də eyni qaydada "Günay Sığorta" şirkətinə keçəcək və fəaliyyətlərini davam etdirəcək".

 
Q. Suvanverdiyev qeyd edib ki, "Günay Sığorta"nın İdarə Heyəti yenidən formalaşacaq. Onun sözlərinə görə, yeni formalaşacaq İdarə Heyətində əsasən "Buta Sığorta"nın kadrları təmsil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam