Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS - FOTOLAR

 

      Gəncə Dövlət Universitetində Ümummilli  lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə  həsr olunmuş “Müasir kimya və  biologiyanın aktual problemləri” mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

 

  Xeberinfo.com:   Dahi rəhbərin vurğuladığı “Dünyada gedən əsas tərəqqinin təməlində elm dayanır.”ifadəsini əsas tutan Universitet   kollektivi elmi-tədqiqatların geniş şəkildə  aparılmasına  ciddi  önəm verir.Bu baxımdan da digər ölkələrin alimlərinin yaradıcılığı ilə tanışlıq və qarşılıqlı əlaqələrin yaradılması üçün Beynəlxalq konfransların keçirilməsi  artıq bir neçə ildir ənənəyə çevrilmişdir.

Möhtəşəm Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyev mərkəzinin iclas zalında keçirilən konfransda Qardaş Türkiyə, Rusiya və Gürcüstan, eləcədə Respublikamızın ali məktəblərindən, elmi-tədqiqat institutlarından 80-dən yuxarı nümayəndə, o cümlədən 11 nəfər xarici ölkə aliminin, bir nəfər akademikin, 4 nəfər akademiyanın müxbir üzvü iştirak edirdi.Konfrans iştirakçıları Ulu Öndərin heykəlinə  gül dəstələri qoydular. Azərbaycan Respublikasının himni ilə açılışı elan olunan Plenar iclasında ilk öncə Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri  professor  Sevda  Qurbanəliyeva  iştirakçıları  salamladı və Azərbaycan elminə böyük  töhvə verəcək konfransın işinə uğurlar dilədi.

Gəncə Dövlət Universitetin  rektoru  professor Yusif  Yusibov  4000  min ildən çox tarixi olan qədim Gəncəyə gəlmiş alimlərə səmimi sözlərini bildirdi.İlk öncə bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər hər sahədə olduğu kimi, təhsilimizin, elmimizin inkişafına böyük qayğı ilə yanaşırdı.İstər sovet hakimiyyəti  illərində, istərsə də müstəqillik dövründə elm siyasəti  milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi.Ulu öndərin elmə göstərdiyi həssas münasibət, alimlərimizə verdiyim ənəvi stimulonları yeni-yeni nailiyyətlərə ruhlandırıb.Heydər Əliyev özfəaliyyətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb. O, elmim əsələlərin həllində yüksək peşəkarlıq  göstərirdi. Bunun ilk səbəbi onun özünündə elmi təfəkkürə sahib olması, intellektual potensiala  arxalanması idi.

Dahi rəhbərin sadiq davamçısı  cənab Prezidentimiz İlham Əliyevin, Gəncə şəhər İcra Hakimiyyətinin basşçısı  hörmətli  Elmar Vəliyevin  qayğısı  nəticəsində  əsası 1938-ci ildə qoyulmuş Universitettimiz günü-gündən  inkişaf  edir, beynəlxalq əlaqələri  durmadan  genişlənir. Bu  günki  konfrans da buna  gözəl  bir  nümunədir.

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  məsulişçisi  Əfqan Abdullayev Azərbaycan təhsilinin  uğurlarından, son islahatlardan  danışmaqla   bərabər, Qeyd etdiki, ali təhsil ocaqları əsasən məzunları və elmi  nailiyyətləri   ilə  tanınır.     Təhsilin  səviyyəsinə və elmi tədqiqatlarına görə Gəncə Dövlət Universitetinində  qabaqcıl universitetlərdən biri  olduğunu vurğuladı.Onu da qeyd  etdiki, akreditasiya zamanı məlum olmuşdur ki, universitetin uğurlarından ən başlıcası alimlərinin elmi axtarışlarının müvəffəqiyyti, dünyada tanınmış, nüfuzlu jurnallarında nəşr olunmalarıdır. Bu günki Beynəlxal elmi-praktiki konfransı da o uğurlardan biri hesab etmək olar.

         Kimya elmləri doktoru, professor, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Fuad Əliyev qeyd etdi ki, qədim Gəncə əsrlərlə olduğu kimi bu gün də Azərbaycan elminin  beşiyi sayılan şəhərlərdəndir. Hal-hazırda 100-dən çox elmlər doktoru, 700-dən artıq fəlsəfə doktoru fəaliyyət göstərir. Gəncədə ciddi quruculuq işləri aparılır, yeni-yeni sənaye obyektləri yaradılır. Bu sahələrin daha da inkişafı məhz elmi axtarışlara söykənir. Gəncə Dövlət Universiteti də həmişə ön sırada addımlamış, bu gün də elmi bəhrəsi ilə şəhərimizin hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir.Plenar iclasında  kimya elmləri doktoru, professor, Azərbaycan Milli ElmlərAkademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif   Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru,akademik Vaqif Abbasovun “Azofos gübrəsinin çöl sınaqlarının nəticələri”,AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Topoloji izolyator  xassəli qeyri-üzvi materialların kimyası”, V.L. Komarova adına Botanika İnstitutundan biologiya elmləri doktoru Sıtin Andrey Kirilloviçin “Qafqazın birillik gəvənləri:təkamülü və taksomaniyası”, Botanika kafedrasının müdiri, professor, Əməkdar elm xadsimi Vaqif Novruzovun “Azərbaycan şibyələrinin tibbi-bioloji və kosmetik xüsusiyyətləri, istifadə olunma perspektivləri” mövzusunda çıxışları dinlənilmişdir.

Beynəlxalq elmi-praktiki konfrans bölmə iclaslarında davam etdirilmişdir.

 

 

 


 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam