Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Dedilər arvadını boşayıb qızımı alacaq”- Hamilə qızın atası

zorlama111

Şamaxıda müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq 7 aylıq hamilə olan qızın atası danışıb.

Xeberinfo.com:  Ölkə.az-a istinadən yeddi aylıq hamilə olan şagirdin atası Nəsimi Əliyevin (ad şərtidir) müsahibəsini təqdim edirik:

- Nəsimi bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?

– Polis, prokurorluq, məhkəmə, Prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.

- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?

– Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.

- Qızınız indi haradadır?

– Bibisigildədir.

- Əvvəldən bu müəllimi tanımısınız?

– Hamı kimi mən də balamı məktəbə yollamışam.

- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?

– Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.

- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?

– Evdə xəstə anamdır, iki balaca övladım da var.

- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?

– Anası görüb, mən yox. Anası dünən gəlib yanından.

- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?

– Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.

- Bu müəllimin neçə yaşı var?

– Otuzdan yuxarı olmalıdır.

- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?

– Qapı bir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.

- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?

– Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?

– Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.

– Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam