Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Mən o qızı zorlamamışam..."

 

 

“Oğlumu arvadından ayırıb, həmin qızla evləndirəcəyəm”.

Xeberinfo.com:   Şamaxının Pirbəhli kəndində müəllimin öz şagirdini zorlaması ilə bağlı yayılan xəbərlər ölkə mətbuatının gündəm mövzusuna çevrilib.

Məlumata görə, sözügedən kənddə müəllim işləyən Elnur İbrahimovun 9-cu sinif şagirdini zorlaması nəticəsində məktəbli qız hamilə qalıb. Diqqət çəkən məqam isə odur ki, məktəbli qız zorlandığını iddia etsə də, Tibbi Eksperitizanın rəyinə əsasən o, bakirədir.

Məktəbli qızı zormaqda ittiham olunan Elnur İbrahimovun atası Həsənağa İbrahimov insanları şoka salan hadisə ilə bağlı AzVision.az-a açıqlama verib.

H.İbrahimov bildirib ki, oğlu günahsızdır, ona şərt atırlar. Atasının sözlərinə görə, E. İbrahimov ailəlidir, iki övladı var.

“Həmin qızla oğlumun arasında heç nə olmayıb. Bunu ekspertiza da açıqladı. Qızı üç dəfə yoxlayıblar. O, bakirə çıxıb. Həmin qızın ailəsi də bizim kənddə yaşayır. Oğlum hazırda polisdə ifadə verir. O, deyir ki, qızla arasında heç nə baş verməyib. Yayılan xəbərlər yalandır. Həmin qız 9-cu sinifdə oxumur, məktəbi bitirib”.

H.İbrahimov qeyd edib ki, məktəbli qızın oğlu tərəfindən zorlanması sübut edilərsə, Elnur həmin xanımla ailə həyatı quracaq.

“Oğlum o qızın uşağının atası olsa, mən onu qəbul edərəm. Rəsmi qayda oğlumla onu evləndirərəm. Amma qız mənim oğlumdan hamilə qalmayıb. Oğlum həm də deyir ki, o qız hər gün telefonuna mesajlar göndərirmiş. Oğlumu yoldan çıxarmaq istəyirdi. Elnur isə qızla heç vaxt görüşməyib. Prokurorluqdan da bildirdilər ki, qız oğluma mesajlar yazırmış. Hazırda qızı Bakıya aparıblar. Əgər o qız mənim oğlumdan hamilə qalıbsa, mən oğlumu boşatdırıb, həmin qızla evləndirməyə hazıram. Biz dövlətimizə, məhkəmə orqanlarına inanırıq. Qızın bakirə olması ilə bağlı Məhkəmə Tibbi Ekspertizadan rəy verilib. Oğlumun gözəl ailəsi, uşaqları var. O, ibtidai sinif müəllimi işləyirdi. Elnur deyir ki, mənə şər atırlar, mən o qızı zorlamamışam”-deyə H.İbrahimov vurğulayıb,

Qeyd edək ki, hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam