Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Almaniyadan 7 bəndlik Qarabağ planı: Səfir təsdiqlədi

Almaniyadan 7 bəndlik Qarabağ planı: Səfir təsdiqlədi - FOTO

 

 

Almaniyanın İrəvandakı səfiri Bernard Matias Kisler rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeddi bənddən ibarət sənəd hazırlayıb “daxili dövriyyəyə təqdim etdiyini” açıqlayıb.
Xeberinfo.com:   Məlumata görə, səfir bu haqda “İnterfaks”a açıqlamasında bildirib.
“Bu sənəd bir neçə əsas müddəadan ibarətdir, onlardan ən başlıcası və mühümü atəşkəs rejiminin qorunub saxlanılmasıdır”-səfir bildirib. 
Matias Kesler sənədin detallarını açıqlamayıb. Habelə sənədin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə müzakirə edilib edilmədiyinə dair açıqlama verməyib. Bildirib ki, bu barədə informasiyaya malik deyil.
Almaniya hazırda ATƏT-ə sədrlik edir. Aprelin əvvəllərində Qarabağda başlayan və 4 gün davam edən hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistan prezidenti Serj Sərkisyan Berlinə səfər edib. 
Aprelin 7-də “The Wall Street Journal” qəzeti yazıb ki, Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri artırmağı planlaşdırır. Yüksək rütbəli alman diplomat qəzetə bildirib ki, tərəflərə rəsmi sülh danışıqları üçün yeddi bənddən ibarət plan təklif edəcəklər.
Qəzet adının açıqlanmamasını istəyən diplomata istinadən həmin planının Minsk Qrupuna daxil olan 11 ölkənin işinin fəallaşdırılmasını da nəzərdə tutur. 
Sənədə Azərbaycanla Ermənistan arasında etimad tədbirləri, iki ölkə hökumətləri arasında qaynar xəttin yaradılması, potensial kompromis nöqtələrinin axtarılması və uzunmüddətli sülh razılaşması üzərində danışıqların başlanması daxildir. 
“Mahiyyətcə söhbət ondan gedir ki, dayanıqlı atəşkəs rejiminin təmin edilməsi və proseslərin danışıqlar məcrasına keçməsi üçün dialoqun aparılmasından, habelə etimaddan və stabilliyin yaradılmasından gedir” - Almaniya XİN-in əməkdaşı bildirib.
Qeyd edək ki, rəsmi Bakı Ermənistanın danışıqlar prosesini mümkün qədər uzatmaq  və status-kvonu saxlamaq taktikasına xidmət edən bu cür etimad təşəbbüslərini qəbul etmir. 
Azərbaycan tərəfi qarşılıqlı etimad tədbirlərinə bir şərtlə razıdır ki, bütün bunlar status-kvonun saxlanılmasına yox, dəyişməsinə xidmət etsin.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam