Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT Baş katibindən Dağlıq Qarabağla bağlıAÇIQLAMA

 BMT Baş katibi Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunacağına ümidvar olduğunu bəyan edib

Yenixeber.org:  Bu barədə Baş katibin Ermənistanın yeni Baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda deyilir.
Antoniu Quterreş qeyd edib ki, BMT qəti şəkildə ATƏT-in Mİnsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səyləri dəstəkləyir:
"Ümid edirəm ki, münaqişənin həlli prosesində yaranmış bu həssas məqam yüksək və müsbət nəticələrə gətirib çıxaracaq ki, bu da Cənubi Qafqazda sülhün möhkəmliyini təmin etmiş olacaq".
1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam