Redaktor seçimi
Günün xəbəri

HƏMAS daha bir komandirini İTİRDİ

HƏMAS İzzəddin əl-Qəssam Briqadasının komandirinin Livanda İsrailin hava hücumu nəticəsində öldüyünü təsdiqləyib.

Yenixeber.org: Bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat yayılıb.

“Hərbi lider Xalid Əhməd əl-Əhməd Livanın cənubundakı Sayda şəhərində səhər namazı üçün məscidə gedərkən öldürülüb. Briqada verdiyi itkilərə baxmayaraq, işğala qarşı müqavimət göstərməyə və Qəzza əhalisini qorumağa davam edəcək”, - qeyd olunub.

Qeyd edək ki, daha öncə İsrail ordusu HƏMAS-ın Livandakı hərbi qanadının Qərb briqadasının komandirini məhv etməsi barədə məlumat yaymışdı.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam