İSRAİL BÖYÜK MÜHARİBƏYƏ BAŞLAYA BİLƏR! –“Təl-Əviv hücuma hazırlaşır”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «Yerusəlim qərarı» (Qüds), Qəzza sektorunda yeni silahlı münaqişə və İsrail-İran münasibətlərinin gərginləşməsi bir-biri ilə sıx bağlıdır. Ancaq İsrailin «HƏMAS» təşkilatını məhv etmək cəhdləri fonunda, ərəblərlə yəhudilər arasında bundan əvvəl baş vermiş toqquşmalar uşaq oyunu təsiri bağışlaya bilər. Ekspertlər bu fikirdədirlər…
Yenixeber.org: İsrailin müdafiə naziri Aviqdor Libermanın bu məsələ ətrafında səsləndiriyi son bəyanatı da deyilənlərin dolayı təsdiqi sayıla bilər. Liberman bəyan edib ki, onun ölkəsi proseslərin istənilən istiqamətdə inkişafına hazırdır və bundan sonra HƏMAS-la «pinq-ponq» oyunu olmayacaq.
Ekspertlərin fikrincə, Qəzza sektoruna nəzarət edən HƏMAS rəhbərliyi kütləvi etirazlara və yeni intifada çağırsa da, prinsipcə, İsraillə yeni müharibədə maraqlı deyil. Belə ki, HƏMAS bu yaxınlarda Fələstin muxtariyyətinin rəhbərliyi ilə yeni saziş imzalayıb. Bundan başqa, Qəzza sektorunun blokadasının yumşaldılması barədə Misirlə danışıqlar aparılır. Digər tərəfdən, Qəza sektorunun HƏMAS silahlılarından mümkün total təmizlənməsi istiqamətində İsrailin özündə açıq müzakirələr gedir. Son gərgliyin başlıca səbəbi isə ondadır ki, HƏMAS təşkilatı İranın müttəfiqidir və sonuncu tərəfindən maliyyələşdirilir. Ona görə də Qəzza ətrafında münaqişə və İsrail-İran münaqişəsiningərginləşməsi bir-biri ilə sıx əlaqəlidir…
Digər tərəfdən, əlbəttə, İsraildə və Fələstində situasiyanın gərginləşməsini Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «Yerusəlim qərarı»nın (Qüds) ayağına yazmaq və iddia etmək olar ki, məhz bu səbəbdən dolayı, Qəzza sektorunda etirazlar başlayıb, HƏMAS rəhbərliyi isə intifada çağırıb. Düzdür, İsrailə raket atılması baş verib. Amma ekspertlərin fikrincə, məsələ bunda deyil. Belə hallar əvvəllər də dəfələrlə baş verib. Ancaq İsrail məhz indi HƏMAS-ın məhv edilməsinə baş vura bilər. Bax, bu zaman əvvəlki toqquşmalar uşaq oyunu təsiri bağışlayardı. Çünki məhz indi ABŞ açıq-aşkar İsrailin müdafiəsinə keçib. Yaranmış situasiyadan İsrail tərəfi öz məqsədləri üçün maksimum bəhrələnməyə çalışır, ABŞ isə bu amildən İrana qarşı maksimum istifadə etmək niyyətindədir…
Bu baxımdan, təsadüfi deyil ki, son vaxtlar İsraillə İran arasında gərginliyin artması müşahidə olunur.
Ekspertlərin fikrincə, bunun səbəbi son illər İranın sürətlə güclənməsidir. Belə ki, İran öz sərhədlərindən ta Aralıq dənizinə qədər, necə deyərlər, bir «şiə qurşağı» yaradıb – İraqda, Suriyada və Livanda İran təsiri dominantlıq edir.
Suriyada iranlılar və onlarla müttəfiq olan silahlı təşkilatlar (Livandakı Hizbullahın şəxsində) və İraqın Həşd əl-Şəbbi təşkilatı özlərinin hərbi bazasını yaradırlar. Hətta İran tərəfi orada raket istehsal edəcək zavod da tikir. Bundan başqa, iranlılar Qırmızı dəniz istiqamətində ikinci «şiə qurşağı» yaratmağa cəhd göstərirlər – Bəhreyndən keçməklə. Məhz burada İran yönlü Husi şiə üsyançıları fəaliyyətdədir…
Bütün bunlar İsraili bərk narahat edir. Məhz buna görə də son vaxtlar İsrail aviasiyası Suriya ordusunun və İranın Suriyadakı mövqelərinə hücumlar təşkil edir. Havadan İsraillə İran arasında böyük potensial müharibənin qoxusu gəlir. Bu zaman isə Suriya və Livanın döyüş meydanına çevriləcəyi qaçılmaz olacaq…
Bəs, İsraili bütün bunlara vadar edən nədir? Bunun başlıca səbəbini xeyli dərinlərdə axtarmaq lazımdır – yəhudilər Yaxın Şərqdə böyük bir imperiya yaratmaq fikriylə alışıb-yanırlar! Buna misal olaraq, tarixi bir faktı önə çəkmək isiəyirəm. Hələ 2009-cu ildə İsrail növbəti dəfə Qəzza sektorunda fələstinlilərə divan tutan zaman, «Komsomolskaya Pravda» qəzeti öz müxbiri Darya Aslamovanı İsrailə və Fələstinə (Qəzza bölgəsinə) ezam etmişdi. Aslamova bölgədə əldə etdiyi təəssüratını qəzetin 8-9 fevral 2009-cu il tarixli sayarında dərc etdirmişdi. Böyük formatlı, 4 səhifəlik bu geniş məqalədə bir epizod diqqəti daha çox çəkirdi. Həmin epizodda Aslamova bir yəhudi ravvini ilə söhbətini qələmə almışdı. İsrailin fələstinlilərə qarşı belə amansız davranışının səbəbləri barədə jurnalistin sualına ravvin cavab vermişdi ki, bu, yəhudilərin Tanrı tərəfindən tanınmış haqqıdır, çünki onlar «çeçilmiş millər»dilər və bölgədə böyük bir yəhudi imperiyası yaratmaq istəyirlər. Bunun üçün ravvin bölgə dövlətlərinin hansından hansı əraziləri qopartmaq fikrində olduqlarını da dilə gətirmişdi. Sonra isə təxminən, belə demişdi: «Kimlər ki, bizim iradəmizə tabe olacaqlar, onlar yaşayıb, bizə xidmət edəcəklər. Kimlər buna razı olmayacaqlarsa, onların hamısını məhv edəcəyik!..». Bu da xolokosta məruz qalmış bir millətin arzusu!
İndi isə bu məsələyə başqa tərəfdən yanaşmaq istərdim. Bəs, ravvinin arzusu hansı halda yerinə yetə bilər?
Əlbəttə, bölgənin iki böyük dövlətinin – İranın və Türkiyənin zəif düşdüyü halda! İrana açıq-aşkar, Türkiyəyə isə pərdəarxası hücumların gerçək məqsədi də budur. Baxın, ABŞ açıq şəkildə İranı hədəfə alıb – İsrail hər gün İranın ünvanına hədələr yağdırır, Türkiyənin isə başını «kürd kartı» ilə qatırlar. Türkiyə üçün hələlik açıqlanmayan bir təhlükə də yaradırlar – Yunanıstan təhdidi! Məqamı çatanda, ABŞ və dünya sionist mərkəzi yunanları da Türkiyənin üstünə qaldıracaq! Bu barədə hələ 2000-ci illərin əvvəlində «Exo» qəzetində geniş bir məqalə («Eniqma layihəsi») dərc olunmuşdu. Bu istiqamətdə də məxfi-ciddi hazırlıq işləri aparılır. Misal olaraq, İsrailin Kipr adası sularında yunanlarla birgə neft çıxarmaq kampaniyasını önə çəkmək olar.
Xatırlayırsınızsa, Türkiyə zamanındaca buna öz etirazını bildirmişdi…
Yaxın Şərq münaqişəsinin digər tərəfləri də var. Ekspertlərin fikrincə, məlum arzusunu reallaşdırmaq istiqamətində İsrailin bir növ, «qolları bağlıdır». Birincisi, Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı elan etməsindən sonra, ərəb (islam) dünyasında böyük etiraz dalğası baş qaldırıb ki, bundan da dividenti məhz İran qazanır. Ərəb dövlətləri və onların liderləri, Səudiyyə Ərəbistanı İrandan, İsrailin qorxduğundan da çox qorxurlar. Məhz bu səbəbdən də İsrail-Səudiyyə alyansı baş tutmaq üzrədir. Ancaq ərəblərin və dünya müsəlmanlarının etiraz və qəzəbi hələlik buna mane olur…
İkincisi, İsrail iki cinahda müharibə aparmaqdan yayınmaq istəyir. Amma nə qədər ki, HƏMAS Qəzza sektoruna nəzarət edir, bu, mümkün deyil. İranla müharibə başlanacağı təqdirdə, HƏMAS iranlıları və Hizbullahı İsrail ərazilərini raket atəşinə tutmaqla, dəstəkləyə bilər. Odur ki, məhz indi Təl-Əviv üçün HƏMAS-ı məhv etmək olduqca vacib məsələdir.
Bir neçə ay budan əvvəl, İsraildə HƏMAS-la total müharibə, Qəzzanın təkrar işğalı və ərazinin islam təşkilatından «təmizlənməsi» planı müzakirəyə çıxarılıb. Onu da anlamaq gərəkdir ki, indi İsrail tərəfi bu məsələyə əvvəlkindən fərqli olaraq, xeyli ciddi yanaşır – çünki daha geriyə yol yoxdur. Əvvəlki müharibələr Qəzzada minlərlə insanın ölümünə (həm də dinc sakinlərin!) səbəb olurdusa, böyük müharibə yüz minlərlə insanın (böyük nisbətdə, dinc əhalinin) məhvinə səbəb ola bilər…
Başqa tərəfdən, bu gün Fələstinin mümkün bölüşdürülməsi istiqamətində informasiyalar da dolaşmaqdadır. Bu şayiələrə əsasən, İsraillə ərəblər arasında məxfi razılaşma mövcuddur. Qəzza sektoru «təmizləmə»dən sonra Misirin nəzarətinə verilə bilər.Məlumdur ki, Misir rəhbərliyi HƏMASI-ı məhv etmək məqsədilə Qəzzada bir əməliyyat da planlaşdırmışdı. Xatırlatmaq istərdim ki, Misirin hazırkı rəhbərliyi hakimiyyəti dövlət çevrilişi yolu ilə ələ keçirib. «Müsəlman-qardaşları» birliyini təmsil edən Prezident Mürsi hakimiyyətdən salınıb, 23 sentyabr 2013-cü ildə Misir məhkəməsi ölkədə bu təşkilatın istənilən fəaliyyətini qadağan edib. Məlumdur ki, HƏMAS da «Müsəlmant qardaşları» siyasi axınına aiddir – bu, «müsəlman qardaşları»nın Fələstin qoludur. Odur ki, HƏMAS kvazi-dövlətinin Misirlə sərhəddə mövcudluğu Qahirəyə heç cür xoş deyil…
Bütün buları HƏMAS rəhbərliyi də yaxşı anlayır – indi bu təşkilatın taleyi tükdən asılıdır.
Bununla bərabər, ekspertlərin fikrincə, İordan çayının qərb sahilindəki «Fələstin muxtariyyətinin rəhbərliyi» çoxdan İsrail dövləti ilə sıx əməkdaşlıq edir. İsrail gücləri ilə birlikdə, onlar da İordanın Qərb sahilində HƏMAS-ın köklərinin qaşınması prosesində iştirak edirlər. Odur ki, İsrailin HƏMAS-a qarşı genişmiqyaslı əməliyyatlara başlayacağı təqdirdə, böyük ehtimalla, Fələstin muxtariyyətinin rəhbərliyi İsraili yalnız «tənqid etmək»lə kifayətlənəcək…
Bütün bunlar həm də «ərəb satqınlığı»nın bariz nümunələri sayıla bilər. Hələ bir neçə il bundan əvvəl ərəblərin bu xislətinə «Genetik satqınlıq» başlıqlı bir məqalə həsr etmişdik…(azpolitika)
Mirzə AĞ