Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Livanda dünyanı silkələyən partlayış -yeni siyasi böhran

Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran

“Bağdadda sakitlikdir”. Bu həm də ölkədə əmin-amanlığı ifadə edirdi. Dünyada sabitlik, əmin-amanlıq üçün bir neçə şəhər və bölgədə, o cümlədən Beyrutda sakitliyin olması vacibdir.

Yenixeber.org: Livanda vətəndaş müharibəsi bitdikdən sonra Beyrutda sakitlik yaranmışdı. Onda Orta Şərq elə bil dincəlirdi. Ancaq sonra baş verənlər yenidən sakitliyin pozulmasına səbəb oldu.

Ümumiyyətlə, Livan strateji coğrafi ərazidə yerləşir. Elə başının bəlası da geopolitik əhəmiyyətindən irəli gəlir. İsrail və Suriya ilə qonşuluq, Aralıq dənizinin sahilləri ölkədə toqquşan maraqları sadalamağa yardım edər. Ancaq bu yazıda həmin maraqlardan söhbət açmayacağıq. Avqustun 4-də Beyrutda limanda baş verən partlayışla bağlı bəzi məqamlara toxunmaq istərdik. Bu, terror hücumudur? Kim törədib? İndi hamını düşündürən əsas sual budur.

 

 

Qeyd edək ki, Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib. Partlayışın dalğası Livan paytaxtının yaşayış məntəqələrini silkələyib. Son məlumatlara görə, hadisə zamanı 100-dən çox insan ölüb, 4 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Beyrutdakı xəstəxanaların yaralılarla dolu olduğuna dair məlumatlar da var. Bir sıra ölkələrin səfirliklərinin binaları, əməkdaşları, habelə BMT-nin Livandakı nümayəndəliyinin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb. Hadisə nəticəsində Livanın un ehtiyatının 85 faizi də məhv edilib. Ölkədə çörək qıtlığının yaranacağından ehtiyat edilir.

Partlayışın səbəbi dəqiq məlum deyil. Livanın prezidenti Mişel Aun bildirib ki, limanın anbarında  2 750 ton ammonium nitrat (selitra da deyirlər) olub. Bu maddədən azot gübrəsi ilə yanaşı, partlayıcı maddə kimi istifadə edilə bilər. Selitri 6 ildən çoxdur anbarda nəzarətsiz, heç bir təhlükəsizlik tədbiri görülmədən saxlanılıb. Mişel Aun bunun yolverilməz olduğunu vurğulayaraq maddənin uzun müddətə orada saxlanılmasına cavabdeh olanların cəzalandırılmasını tələbə edib.

 

 

Hadisədən sonra Livanın ümumi təhlükəsizlik üzrə rəisi general Abbas İbrahim limanda partlayış baş verən yerdə müsadirə edilmiş partlayıcı maddənin olduğunu bildirib. Ölkənin baş naziri Həsən Diab telemüraciətində deyib ki, limanda 2014-cü ildən bəri saxlanılan “təhlükəli maddə” olub.

Beyrutun qubernatoru Maruan Abbud bildirib ki, limandakı partlayış şəhərə 3-5 milyard ABŞ dolları məbləğində ziyan vurub. Onun sözlərinə görə, ölkə paytaxtının yüzlərlə sakini yaşayış yerindən məhrum olub. Beyrutdakı binaların təxminən yarısı zədələnib.

TASS-ın məlumatına əsasən, 2014-cü ilin martında Beyrut limanında Ukrayna gəmisində Moldovaya məxsus “Rhosus” yük şirkətinin ammonium nitratı saxlanılıb. Gəminin göyərtəsindəki dənizçilər Rusiya vətəndaşları olublar. Onda dənizçilər limanda yaşamaq üçün onlara heç bir vəsait verilmədiyindən şikayətlənmişdilər. Hadisənin açılması üçün vacib məsələlərdən biri Livandakı ictimai-siyasi vəziyyətdir. Çünki ölkədəki mövcud böhranlı vəziyyətin daha da dərinləşməsini istəyənlərin olduğu istisna deyil.

Ötən il oktyabrın 29-da müxtəlif dini qruplaşmanın 30 nümayəndəsinin iştirakı ilə formalaşan hökumət etirazlar fonunda istefa verdi. Livandakı “Hizbullah” hərəkatına yaxın olan, təhsil naziri vəzifəsini daşıyan Həsən Diaba yeni hökuməti formalaşdırmaq tapşırıldı. Onun 20 nəfərlik hökumətinin üçdə birini qadınlar təşkil edir. Ölkənin müdafiə və daxili işlər nazirlikləri ölkə və ərəb dünyası tarixində ilk dəfə olaraq qadınlara tapşırıldı. Yeri gəlmişkən, iki nazir portfeli də erməni enik qrupunun nümayəndələrinə həvalə edildi.

 

 

2019-cu ilin oktyabrında irəli sürülən tələblərlə cari ilin yayında etiraz aksiyaları bərpa olundu. Koronavirus pandemiyasınadək Livanda tarixi boyu ən böyük iqtisadi böhran baş verdi. Livan funtunun ABŞ dollarına nisbətdə dəyərini 70 faiz itirməsi aksiyaların daha da kəskinləşməsinə təsir etdi. Aksiya iştirakçıları bildiriblər ki, vətəndaş müharibəsi 30 ildir başa çatıb, ancaq ölkədə sosial problemlər öz həllini hələ də tapmayıb. Livanda korrupsiya, özbaşınalıq, işsizlik və s. problemləri hələ də qalmaqdadır. Aksiya iştirakçıları dükanları dağıdıb, bankların binalarına “Molotov kokteyli” atıb. Polislərlə etirazçılar arasında toqquşmalar olub. Onda sakitliyi bərpa etmək üçün Beyruta hərbi qüvvə yeridildi. Nümayişçilər hərbçilərə də daş, içərisində yandırıcı maddə olan butulkalar atdılar. Nümayişçilər İrandakı rejim əleyhinə də şüarlar səsləndirdilər. İyundakı etiraz hadisələrini dəyərləndirənlər bildiriblər ki, Livanda həmişə xaos olub, bu hadisələr isə 1975-ci ildə başlayan vətəndaş müharibəsini xatırladır. Hələ ki gərginlik artır. Ölkə əhalisi hadisələrin səngiyəcəyini səbirsizliklə gözləyir.

Livan tarixində ilk dəfə borclu olduğu xaricilərə defolt (Defolt  – borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. Defoltun elan edilməsi dövlətin iqtisadi və maliyyə siyasətinə, hər hansı bir təşkilata və yaxud fərdi bir şəxsə şamil edilə bilər. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və “çətin” hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.) elan etdi. Bəs görəsən belə ağır vəziyyətə düşən Livanda vəziyyəti daha da ağırlaşdırmaq istəyən hansı qüvvə olub? Onsuz da etiraz aksiyaları iranyönlü mövcud hökuməti çətin vəziyyətə salmışdı. Bu nə idi, təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində baş verən partlayış? Yoxsa azotun anbarda olmasından istifadə edilərək törədilən partlayış?

 

 

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, bu hücumdur. ABŞ-ın dövlət katibi Maykl Pompeo hadisələri izlədiklərini, Livan xalqına yardım etməyə hazır olduqlarını bildirib. Almaniya kansleri Angela Merkel ölkədəki münaqişələri təxirə salmağa çağırıb. O, rəsmi Beyrutu dəstəklədiklərini vurğulayıb.

Livandakı mövcud vəziyyətin mənzərəsini qısaca olaraq təsvir etdikdən sonra partlayışla bağlı aşağıdakı ehtimalları irəli sürmək olar:

- Partlayışı İsrail törədib. İsraildə baş nazir Binyamin Netanyahunun istefası tələb edilir. Diqqəti başqa istiqamətə yönəltmək üçün partlayış törədilə bilər. İranın Suriyadakı fəaliyyətini zəiflətmək, Livanda İranın təsirini azaltmaq, habelə mövcud vəziyyətdə “Hizbullah”ın başını daxili məsələlərə qatmaq üçün bu addım atıla bilər. Ölkənin xarici işlər naziri Qabi Aşkenazi Livandakı partlayışla İsrailin heç bir əlaqəsi olmadığını bildirib.

- Son günlər İranın strateji əhəmiyyətli obyektlərinin yaxınlığında və bazalarında silsilə partlayışlar törədilir. Hakimiyyət həmin hadisələrlə bağlı indiyədək inandırıcı dəlillər təqdim edə bilməyib. Partlayış və yanğınlarla bağlı bütün bəyanatlarda İsrailin adı hallanır. Partlayışlarda bu dövlətin əli olduğu vurğulanır. Livandakı hökumətə münasibətini nəzərə alsaq, İsraili zərbə altında qoymaq üçün partlayışda İranın əlinin olduğunu ehtimal etmək olar.

- Partlayışı Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı qüvvələr törətdiyindən şübhələnmək mümkündür. Onlar bununla bölgədə vəziyyəti gərginləşdirə biləcəklərini göstərirlər.

- Partlayışda Səudiyyə Ərəbistanının əli olduğuna şübhələr var. “Hizbullah” yönlü olduğu üçün krallıq Livandakı mövcud hökumətə rəğbət bəsləmir. Odur ki, hökumətə etimadsızlığı artırmaq üçün bu addımı dəstəkləyə bilər.

 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha çox terror nəticəsində ölmüş Rafiq Həririnin oğlu, sabiq hökumət başçısı Saad əl-Həririni dəstəkləyir. İstefa verəndən sonra onun krallıqda qalması o vaxt böyük qalmaqala səbəb olmuşdu. Saad əl-Həriri istefası ilə bağlı çıxışında ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ovqatı ilə eyni olduğunu bildirmişdi. O, İranı və "Hizbullah"ı da kəskin tənqid etmiş, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırmışdı. Saad əl-Həriri 2017-ci il noyabrın 4-də həyatı ilə bağlı təhlükə səbəbindən istefa verib. O, 3 noyabr 2016-cı ildə Livanın baş naziri təyin olunub. Xatırladaq ki, Saad əl-Həririnin atası Rafiq əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində ölüb.

- Bu partlayışda Rusiya izi. Yuxarıda qeyd etdiyimiz kimi, selitranı rusiyalı dənizçilər müşayiət edib. Saxlanılan zaman onlara qarşı edilən davranışa görə anbarın yerini terrorçulara baha qiymətə sata bilərlər.

 

 

- Partlayışı Aralıq dənizinin təhlükə mənbəyinə çevirmək istəyən müxtəlif terror təşkilatları, o cümlədən PKK törədə bilər. Ehtimal etmək olar ki, bununla da Suriyadakı fəaliyyətinə görə həm “Hizbullah”ı, həm də bu silahlı qruplaşmanı dəstəkləyən İranı hədəf alıb.

- Ölkədəki vəziyyətə nəzarət etmək, hərbi rejim yaratmaq üçün partlayışı “Hizbullah”ın törətdiyi ehtimal olunur. Artıq Livanın paytaxtı fəlakət rayonu elan edilib. Şəhərdə ikihəftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

 

 

Hadisədən bir gün əvvəl Livanın xarici işlər naziri Nasif Hitti istefa ərizəsini baş nazir Həsən Diaba təqdim edib. O, hökumət başçısı və kabinetlə fikir ayrılığı olduğunu bildirib: “İslahat keçirmək üçün kabinetin lazımi iradəsi olmadığı üçün istefa verirəm. Heç bir yüksək vəzifə məni prinsiplərimdən, əqidəmdən, vicdanımdan çəkindirə bilməz”.

Deməli, Livanda partlayışdan əvvəl siyasi partlayış baş verirmiş. Azot partlayışı bu prosesin yetişməsini tezləşdirdi. Qeyd edək ki, Livanda vətəndaş müharibəsi 1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edib. Bu hadisə nəticəsində 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı, bir milyondan çox vətəndaşın isə ölkəni tərk etdiyi ehtimal olunur. Yoxsa bu partlayış hakimiyyətdaxili münasibətləri “tənzimləmək” üçün yeni vətəndaş müharibəsinin ilk partlayışıdır. Beyrutda əmin-amanlıq yoxdur... (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam