Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Dövlətə xəyanətdə ittiham olunana ağır cəza verildi

Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynova ağır cəza verilib
Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla öz təsdiqini tapıb.

Hökmə əsasən Həsən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 16 il müddətinə azadlıqdan mərhum edilib.

Belə ki, Həsən Hüseynov xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin orqanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının icra edilməsi istiqamətində gizli fəaliyyət göstərmiş, həmçinin ölkə ərazisində xüsusi xidmət orqanlarının göstərişi ilə digər məxfi tapşırıqları yerinə yetirən şəxslərə pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət etmişdir.

O da məlum olub ki, DTX tərəfindən həbs edilmiş Həsən Hüseynov Tural Məmmədova xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə daha əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, xaricdən göndərilmiş xüsusi qurğu aşkar edilib).(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam